Missiyamız

“Aqro-Vest DC” MMC dünyanın bir çox ölkəsindən idxal etdiyi, eləcə də daxili istehsala aid olan gündəlik tələbat məhsullarının dağıtımını  həyata keçirir.

Məqsədimiz – qida məhsullarının ən etibarlı təchizatçısı olmaq, keyfiyyəti davamlı yaxşılaşdırmaq, uzunmüddətli əlaqələr qurmaq, yeni bazarları fəth etmək, bazar dəyişikliklərinə və müştəri ehtiyaclarına cavab vermək.

Strategiyamız

– Sağlam və təhlükəsiz qida təminatını həyata keçirərək istehlakçıların maraqlarını və sağlamlığını qorumaq;

– Qida təhlükəsizliyi idarəetmə sistemini və respublika qanunvericiliyinin şərtlərinə riayət etməklə müştəri tələblərini təmin etmək;

– Əməkdaşlarımızın mütəmadi olaraq bilik və bacarıqlarının artırılmasını təmin etməklə  qida təhlükəsizliyi sisteminin inkişafına təşviq etmək;

– Proseslər və texnoloji yeniliklərlə əlaqəli beynəlxalq təcrübəni izləyərək tətbiq etməklə  qida təhlükəsizliyi idarəetmə sisteminin prosedurlarını davamlı olaraq yaxşılaşdırmaq;

– Müştərilərdən gələn rəyləri qiymətləndirməklə proseslərimizi nəzərdən keçirmək və davamlı təkmilləşdirmək;