Yel çərşənbəniz mübarək
Bu gün Azərbaycanda Novruzun üçüncü – Yel çərşənbəsi qeyd edilir. Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən soraq verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi ulularımızın yel Tanrısına inamı ilə bağlıdır. […]











