AgroWest

“Сыр пошехонский”

Ukraynanın tanınmış süd məhsulları istehsalçılarından olan “KOMO” markasının 200 qramlıq “Сыр пошехонский” məhsulu yarıbərk pendirdir. 45 faiz yağlılığa malik olan məhsul klassik pendir dadını sevən istehlakçılar üçün nəzərdə tutulub. Yumşaq və südümsü dad çalarları ilə seçilən “Сыр пошехонский” həm gündəlik səhər yeməklərində, həm də müxtəlif yeməklərin hazırlanmasında istifadə edilir. Məhsul sendviç və qəlyanaltıların hazırlanması, salatlara […]
Daha ətraflı

“Pina Colada” dadlı yeni kokoslu konfet

Rusiyanın “Конфил” qənnadı fabrikinin “Отражение” məhsul xəttinə daxil olan “Кокосик мини со вкусом Пина Колада” adlı yeni kokoslu konfeti təqdim edirik. Bu konfet kokos yonqarı əsasında hazırlanmış içlikdən və qənnadı şokolad qlazurundan ibarətdir. Məhsul “Pina Colada” dadı ilə seçilir və kokosla ananasın tropik dadını birləşdirir. Məhsulun tərkibində şəkər, kokos yonqarı, qənnadı şokolad qlazuru, kakao məhsulları, […]
Daha ətraflı

Holland pendiri

Məşhur “Komo” markasının “Holland” pendiri özünəməxsus, tarazlı və xoş dadı ilə seçilir. Yüngül turşməzə notları zərif qaymaqlı dadla harmonik şəkildə tamamlanaraq pendirə xüsusi ləzzət bəxş edir. Zərif və elastik teksturası sayəsində pendiri həm rahat dilimləmək, həm də çörəyin üzərinə asanlıqla çəkmək mümkündür. Gündəlik səhər yeməyi, sendviç və qəlyanaltılar üçün ideal seçim olmaqla yanaşı, müxtəlif yeməklərin […]
Daha ətraflı

“Моя Семья”nın “Провансаль” mayonezi

Rusiya istehsalı olan “Моя Семья” (“Moya Semya”) markasının “Провансаль” mayonezi istehlakçılara yumşaq tekstura ilə təqdim olunur. Məhsulun qablaşdırmasında onun ev üsulu dad xüsusiyyətinə malik olduğu vurğulanır. Bu mayonezin əsasən salatların hazırlanmasında, sendviçlərdə və müxtəlif yeməklərin yanında istifadə edilməsi nəzərdə tutulur.
Daha ətraflı

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə, “Aqro-Vest DC” MMC-nin rəhbərliyi onu təbrik edib. Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım!  Sizi doğum gününüz münasibətilə böyük kollektivimiz adından, səmimi qəlbdən təbrik edirik! Siz Azərbaycanın ictimai-siyasi həyatında öz yeri, nüfuzu olan, bütün […]
Daha ətraflı

“Otrajenie”

“Konfil” qənnadı fabrikinin sevilən “Otrajenie” konfeti portağal və kokosun özünəməxsus ləzzətini bir arada təqdim edir. Kiçik formatda hazırlanan bu südlü konfetlərin içərisində portağal dadı ilə zənginləşdirilmiş kokos qırıntıları xüsusi harmoniya yaradır. Zərif teksturası, xoş ətri və balanslı şirinliyi ilə “Otrajenie” həm gündəlik çay süfrəsi, həm də sevdiklərinizlə paylaşmaq üçün ideal seçimdir.  
Daha ətraflı

“Makfa” – günə sağlam və enerjili başlamağın yolu

Rusiyanın məşhur “Makfa” şirkətinin eyniadlı brendinin müxtəlif yulaf çeşidləri doyumlu və sağlam səhər yeməyi üçün ideal seçimlərdən biridir. Əsasən səhər yeməyində istifadə olunan yulaf həm qida dəyəri, həm də tərkibindəki faydalı maddələrlə seçilir. Bəs onu gündəlik qida rasionuna daxil etməyin hansı üstünlükləri var? Tərkibində dəmir, sink və müxtəlif vitaminlər var; Liflə zəngin olduğundan uzun müddət […]
Daha ətraflı

“Arcadia Lucas”  

Klassik şirniyyat dadını sevənlər üçün “Arcadia Lucas” fərqli ləzzət təqdim edir. Məhsulun başlıca özəlliyini zərif sufle ilə portağal ətirli jelenin vəhdəti təşkil edir. Şirniyyat şirəsi ilə örtülən bu kombinasiya özünəməxsus dadı ilə seçilir. “Arcadia Lucas”ın incə və ətirli dadı şirniyyat sevərlər üçün xoş təəssürat yarada bilər. Bu dadı bir dəfə sınayanlar yenidən ona qayıtmaq istəyirlər. […]
Daha ətraflı

“Doktorskaya”

“Rublevskiy” ət məhsulları şirkətinin 1 və 2 kq-lıq “Doktorskaya” bişmiş kolbasası klassik resept və ənənəvi standartlara uyğun hazırlanır. Təbii və yumşaq qiymədən hazırlanan “Doktorskaya” zərif teksturası və orta dərəcədə duzlu, xoş dadı ilə seçilir. Gündəlik süfrə üçün ideal seçim olan bu kolbasa sendviç və salatların hazırlanmasında, eləcə də müxtəlif yeməklərdə istifadə üçün mükəmməldir. Yumurta ilə […]
Daha ətraflı

Araxisli günəbaxan halvası

Araxisli günəbaxan halvası Rusiyanın “Azov” konditer fabrikinin istehsalı olan, günəbaxan tumuyla hazırlanan və araxis (yerfıstığı)  ilə zənginləşdirilən ənənəvi 5 kq-lıq halva növüdür. Məhsul əsasən topdansatış və iaşə müəssisələri üçün nəzərdə tutulur. Halvanın əsasını üyüdülmüş günəbaxan tumu təşkil edir. Tərkibinə şəkər, patka və digər texnoloji komponentlərlə yanaşı, yerfıstığı da əlavə olunur. Bu isə məhsula qoz-fındıq aroması […]
Daha ətraflı