AgroWest

“Naqetosı” – hazır yemək

“Naqetosı” Rusiyadan gətirdiyimiz hazır yeməklərdəndir. Bu, istənilən yeməyə əlavə edilən dadlı bir qəlyanaltıdır. Xırtıldayan unlu səth və zərif toyuq əti dolmasının mükəmməl birləşməsindən yaranan “Naqetosı” heyrətamiz dadını həm də ona qatılan ədviyyatlardan alır. 250 qramlıq bu hazır yeməyi sadəcə mikrodalğalı sobada qızdırmaq bəs edir. Nuş olsun!
Daha ətraflı

“Qauda”

“Slavyanskiy” süd məhsullarından biri də Qauda bərk holland pendiridir. Bu məhsul sizə əsl pendir ləzzətini xatırladacaq. Klassik reseptə əsasən hazırlanmış “Slavyanskiy” Qauda pendiri uzun illərdən bəri özünü təsdiqləmiş dada və keyfiyyətə malikdir. Bildirək ki, şirkətimiz slavyan qida emalı qaydalarına uyğun “Slavyanskiy” brendilə kərə yağı, tetrapak süd, pendir, xama və sairə məhsullar istehsal edir.
Daha ətraflı

“Sweety Femida”

Yerli istehlakçılara “Şirin” brendinə məxsus yerli “Sweety Femida” şokoladlı konfetini təqdim edirik. Krem içlikli və qovrulmuş küncütlü bu şokoladlı konfet sizin qənnadı zövqünüzə uyğundur. Nuş olsun!
Daha ətraflı

“Slavyanskiy” qaymaqlı holland pendiri

“Slavyanskiy” qaymaqlı holland pendiri adından göründüyü kimi, zərif, qaymaqlı bir dada malikdir. Çoxyönlü olduğuna görə, bu qaymaqlı ​​pendir souslardan tutmuş bişmiş məhsullara qədər müxtəlif mətbəx reseptlərində istifadə olunur. Bildirək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 ildir Azərbaycan bazarında tanınır. Bu brend ilə kərə yağı, tetrapak süd, pendir, xama və sairə məhsullar istehsal edilir.
Daha ətraflı

“Kruq qetsı”

Pendir sousundakı “Kruq qetsı” hazır yeməyi sizi özünə valeh edəcək. Toyuq əti sevənlər üçün qeyri-adi formada ədviyyat və göyərti qarışığı,  üstəlik, içərisində pendir sousu! Nuş olsun!
Daha ətraflı

“Slavyanskiy” yarıbərk holland pendiri – Kantri

Xəbər verdiyimiz kimi, şirkətimizə məxsus 100 % təbii “Slavyanskiy” holland pendirləri artıq yerli istehlakçılar üçün satışa çıxarılıb. Bu pendirlərin yarıbərk Kantri növü sizin ağız dadınıza uyğun hazırlanıb. Kantri – pendir ləzzəti və bişmiş südün ən yaxşı birləşməsidir. O, sendviç və buterbrodlar üçün mükəmməldir. Bildirək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 ildir Azərbaycan bazarında tanınmaqdadır.
Daha ətraflı

Yeni məhsulların təqdimatı keçirilib

Yanvarın 26-da “Aqro-Vest DC” MMC-yə məxsus süd məhsulları üzrə özəl, 100 % təbii “Slavyanskiy” pendirləri və “Şirin” brendinə məxsus müxtəlif qənnadı məhsullarının şirkətimizin satış komandasına təqdimatı keçirilib. Şirkətimizin Ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov “Slavyanskiy” bərk pendirlərinin 150 və 200 qramlıq “Qauda”, “Kantri”, “Slivoçnıy”, “Smetannıy” çeşidləri haqqında məlumat verib. Qeyd edilib ki, adıçəkilən süd məhsulları […]
Daha ətraflı

“Hotsterı”

250 qramlıq “Hotsterı” üzü nazik xəmirdən hazırlanmış kiçik sosiskalardır. Dadlı, doyurucu, günün istənilən çağında qəlyanaltı üçün əla yeməkdir. “Hotsterı”  xüsusi texnologiyadan istifadə etməklə yüksək keyfiyyətli məhsullardan hazırlanır: sobada xırtıldayan və qızılı rəng alana qədər qızardılır. Sonra isə nuş olsun!
Daha ətraflı

“Citrus Jelly” konfeti

Ukraynanın Xarkov biskvit-qənnadı fabrikinin istehsalı olan, əsas kütləsi sitrus meyvəli jeledən ibarət “Citrus Jelly” konfetləri ağız dadınıza yeni dad qatacaq. Bu konfetlər orta dərəcədə şirin dada malikdir, azca turşluq hiss olunur. İncə şokolad qlazuru yumşaq jele kütləsinə orijinallıq və incəlik əlavə edir. “Citrus Jelly” konfetləri cəlbedici görünüşlü parlaq kağıza bükülərək müştərilərə təqdim edilir.
Daha ətraflı

“Sweety Chocolate Mousse”

“Sweety Chocolate Mousse” “Şirin” qənnadı fabrikinin məhsuludur. Bu yerli məhsulların digərlərindən fərqi istehsal prosesində ekoloji təmiz xammal və təbii qida qatqılarının istifadə olunmasıdır. Fabrikin qənnadı məhsullarının istehsalında əsas xammal olan kakao genetik dəyişikliyə malik qatqılardan azaddır.
Daha ətraflı