AgroWest

“Yay romantikası” – yayın şirin dadı

 “Летняя романтика” (“Yay romantikası”) konyak və vanil ətirli klassik şokolad-konfetdir. Bu istidə qaynar pürrəngi çay ilə sizə əsl yay romantikası yaşada biləcək sözügedən şirniyyat Azov Qənnadı Fabrikinin məhsuludur. Cəlbedici qablaşdırmaya malik “Yay romantikası”nın ləzzəti isti günlərinin şirin xatirəsi kimi yaddaşınızdan silinməyəcək. Məhsulun qida dəyərinə gəlincə, 100 qramda zülallar 1,5, yağlar 14, karbohidratlar 74 qram təşkil edir. […]
Daha ətraflı

“Dolçe Villa” marmeladı

Azov Qənnadı Fabrikinin unikal dada malik məhsullarından biri də 300 qramlıq “Dolçe Villa” marmeladıdır. Sevimli sitrus meyvələri ləzzətinin qarışığından ibarət olan 12 ədədli hər bağlamada təzə limon, şirəli portağal və ətirli qreyfurt dadını dərindən hiss edəcəksiniz. “Dolçe Villa” marmeladı şirniyyatla çay içmək zövqünüzü yaxşıya doğru dəyişəcək. Qeyd edək ki, marmelad qatılaşmış meyvə mürəbbəsidir. Onu qatılaşdırmaq üçün pektin, aqar və jelatindən istifadə […]
Daha ətraflı

“Milka”nın zərif ləzzəti

Şirniyyyatsevərlər 32 qramlıq “Milka”nın necə dadlı, şokoladlı pirojna olduğunu gözəl bilirlər. Bu, incədən incə, südlü və kakaolu delikates pirojna onu dadanlarda unikal zövq yaradır. 1901-ci ildən istehsala başlayan “Milka” şirkəti ilk gündən insanların ağız dadını formalaşdırmağı və indi də bu ənənəyə sadiq qalmağı uğurla bacarır. İlk gündən bənövşəyi kağıza bükülərək satışa çıxarılan adıçəkilən pirojna indi […]
Daha ətraflı

Şirkətimizdə karyera günü keçirilib

Bu gün şirkətimizin baş ofisində karyerasını “Aqro-Vest DC” MMC və “Aplus” marketlər şəbəkəsilə qurmaq istəyənlər üçün karyera günü keçirilib. İnsan Resursları Departamentinin işə qəbul üzrə mütəxəssisləri saat 10:00-dan 15:00-a qədər iş axtaran 50-yə yaxın vətəndaşı şirkətimizdəki mövcud vakansiyalarla, iş imkanları ilə tanış ediblər. Əməkdaşlarımız merçendayzer, promo, merçendayzer-ekspeditor, satıcı, kassir, mal qəbulçusu, fəhlə işi axtaran vətəndaşlarla […]
Daha ətraflı

Kakaoda meyvə topları

“Pastiluşka” brendinə məxsus “Kakaoda meyvə topları” konfeti sizin üçün ölkəmizə idxal etdiyimiz təbii meyvə pastilidir. Bu məhsul necə hazırlanır? Rusiyada yetişdirilən yerli alma sortları püre halına salınaraq onlardan kiçik topcuqlar düzəldilir, ardınca üzərinə təbii kakao tozu səpilir və qablaşdırılır. Bu pastil təbiiliyi, şəkərsizliyi, süni rənglərinin olmaması və gözəl dadı ilə hər kəsin sevimli şirniyyatıdır. Ən […]
Daha ətraflı

Meyvə pastili – “Alma”

Xəbər verdiyimiz kimi, Rusiyanın “Fruktoni” şirkətinin “Pastiluşka” brendi altında bol vitaminli, təbii meyvələrdən istehsal etdiyi şirniyyat məhsulları artıq Azərbaycan bazarında müştərilərə təqdim olunur. Həmin məhsullardan biri 800 qramlıq nəfis qablaşdırmada olan “Alma” pastilidir. Qeyd edək ki, bir qablaşdırmada 45 ədəd kiçik pastil yer alır. Bu təbii şirniyyatı bircə dəfə yeməyiniz bəs edər ki, onun dadı […]
Daha ətraflı

Zərif şokolad içlikli “Roshen Wafers Choco” vaflisi

Sizə məşhur “Roshen” brendinin yeni vafli çeşidini təqdim edirik: “Roshen Wafers Choco” zərif şokolad içliyilə ən yeni çeşid xırtıldayan vaflidir. Çoxunuz çay içmək üçün şirniyyat seçərkən vaflilərə üstünlük verirsiniz. Üstəlik, bu vaflinin içi şokoladlıdırsa, demək, dad zövqünüzə söz ola bilməz. Yeni vafli təkcə ləzzətilə diqqət çəkmir, həm də dizaynı ilə göz oxşayır. Məhsulun görünüşü onun […]
Daha ətraflı

Alma pastili

Pastil istənilən meyvə lətinin qaynadılaraq bərkiməsilə hazırlanan, yüngül çeynəməklə və ya sovurmaqla yeyilən konfet növüdür. Yeni tərəfdaşımız olan Rusiyanın “Fructoni” şirkətinin “Pastiluşka” brendi altında istehsal etdiyi 40 qramlıq “Alma pastili” tam təbii, şəkərsiz bir məhsuldur. Nəfis qablaşdırmada olan məhsul eyni ölçüdə xırda doğranmış hissələrdən ibarətdir. O, yüngül şirinliyə və turşuluğa malikdir. Pastil eynilə bölgələrimizdə müxtəlif […]
Daha ətraflı

“Aqro-Vest DC” şirkətinin futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatdı

İyulun 16-da “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında keçirdiyi, iki aydan bəri davam edən futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatdı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən turnirin ötən bazar günü Bakı Olimpiya Stadionunun kiçik meydançasında üçüncü yer və çempionluq uğrunda yarışları keçirildi. Öncə “Caffino” və “Slavyanskoe” komandaları 3-cü yer uğrunda […]
Daha ətraflı

Karyeranızı bizimlə qurun

Karyerasını “Aqro-Vest DC” MMC və “Aplus” marketlər şəbəkəsilə qurmaq istəyən, yaşı 18-dən yuxarı olan şəxslərin nəzərinə! Sizi 25.07.2023-cü il tarixində, saat 10:00-dan 15:00-a qədər baş ofisimizdə keçiriləcək “Karyera günü”nə dəvət edirik. Vakansiyalar: -merçendayzer; -promo; -merçendayzer-ekspeditor; -satıcı; -kassir; -mal qəbulçusu; -fəhlə. Hər gün böyüyən komandamıza siz də qoşulun, birlikdə inkişaf edək! Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi […]
Daha ətraflı