Tədbirlər

31 Mart Soyqırımını unutmuruq

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Ağsu, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi qaynaqlara əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına […]
Daha ətraflı

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci il martın 31-də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan 108 il ötür. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı qırğınlar həyata keçirdilər. Daha sonra Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında gerçəkləşdirməyə nail oldular. 1918-ci ilin mart […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC rəhbərliyinin Novruz təbriki

 Əziz həmkarlar, hörmətli “Aqro-Vest DC” MMC əməkdaşları! Sizi xalqımızın ulu bayramı – Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edirik! İllərdir ki, “Aqro-Vest DC” MMC kollektivi olaraq Novruz Bayramını birlikdə qarşılayırıq. Novruzun ən gözəl cəhətlərindən biri bayramlaşmaqdır. Bu isə onun lap qədimdən əsl sosiallaşma bayramı olduğunu göstərir. Novruz təbiətin dirilməsi, ruhun yenilənməsi bayramıdır. İnsan bu yenilənməni təbiətdə […]
Daha ətraflı

Xocavəndli şəhid ailələrinə bayram sovqatı verilib

“Aqro-Vest DC” şirkəti  Qızıl Aypara Cəmiyyətinin  (QAC) Xocavənd rayon bölməsi ilə birlikdə Novruz və Ramazan bayramları münasibətilə adıçəkilən rayonda yaşayan bir qrup şəhid ailəsinə bayram sovqatı veriblər. QAC-ın Xocavənd rayon bölməsinin rəhbəri Samirə Zamanova əməkdaşlarıyla rayonda məskunlaşan şəhid ailələrini ziyarət edib, onlarla bayramlaşıblar. Ziyarət zamanı bildirilib ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin […]
Daha ətraflı

Ramazan bayramınız mübarək

Hörmətli  “Aqro-Vest DC” MMC-nin əməkdaşları! Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik! Müsəlmanlar bu bayramı yüzillərdir İslam dünyasında, eləcə də ölkəmizdə qeyd edirlər. Bu müqəddəs ay hər bir müsəlmanın öz nəfsinə hakim olması, nöqsanlarından qurtulması yolunda acılara dözməsi, bunun üçün çalışması, özünü kamilləşdirməsi, Allaha həsr etməsi ayıdır. Ramazan bir aylıq oruc və ibadətdən […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC Rusiyanın “NP “Konfil” şirkətinin rəsmi distribüteri oldu

Azərbaycanın “Aqro-Vest DC” şirkəti bu ilin əvvəlindən Rusiyanın qənnadı sahəsində tanınmış müəssisələrindən olan “NP “Konfil” Açıq Səhmdar Cəmiyyətilə (ASC) əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Aqro-Vest DC” şirkəti ölkəmizdə “NP “Konfil” ASC-nin rəsmi distribüterliyini həyata keçirəcək. ASC müxtəlif seqmentlər üzrə məhsullar istehsal edir. Bura konfet-karamellər, şokoladlar, vaflilər, vafli-tortlar,   zefir-marmeladlar, şokolad qlazurunda meyvələr, hədiyyəlik qutu və […]
Daha ətraflı

“Aqro-Vest DC” şirkətinin əməkdaşları 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət ediblər

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alıb. SSRİ müdafiə naziri marşal D.Yazovun rəhbərlik etdiyi 20 min […]
Daha ətraflı

2026-cı – Yeni iliniz mübarək!

“Aqro-Vest DC” MMC Azərbaycan xalqını və əməkdaşlarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2026-cı ilin gəlişi münasibətilə təbrik edir! Yola saldığımız 2025-ci il xalqımızın həyatında mühüm hadisələrlə yadda qaldı, ölkəmiz bir sıra beynəlxalq və yerli uğurlara imza atdı. Ölkə həyatının bütün sahələrində mühüm irəliləyişlərə nail olundu. İşğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC şəhid ailələrinə və müharibə əlillərinə bayram sovqatı paylayıb

“Aqro-Vest DC” şirkəti 2026-cı ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan şəhid ailələrinə və müharibə əlillərinə qida məhsullarından ibarət bayram sovqatı verib. Şirkətin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin və müharibə əlillərinin yaşadıqları ünvanlara gedərək onlarla söhbət edib və bayramlaşıblar. Bildirilib ki, Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin […]
Daha ətraflı

Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub

Dekabrın 12-də “Aqro-Vest DC” MMC-nin kollektivi Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümilə bağlı I Fəxri Xiyabanda onun məzarını ziyarət edib. Tədbir iştirakçıları böyük dövlət xadimi H.Əliyevin məzarı üzərinə çiçəklər qoyub, xatirəsini yad ediblər. Eləcə də milli liderin həyat yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, çiçəklər qoyulub.    
Daha ətraflı