Tədbirlər

Şirkətimizdə Xocalı tədbiri keçirilib, “Ana harayı” abidəsi ziyarət edilib

Fevralın 24-də “Aqro-Vest DC” MMC-də Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu açaraq bu qanlı faciənin baş vermə səbəblərindən danışıb. O vurğulayıb ki, Xocalı faciəsi Azərbaycanın müstəqilliyinin ilk aylarında aldığı dəhşətli yaralardan biridir. Ermənilərin məqsədi […]
Daha ətraflı

“Aqro-Vest DC” şirkəti Türkiyədə zəlzələdən zərər çəkənlərə 300 000 türk lirəsi məbləğində yardım etdi

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ  hər birimizi dərindən sarsıdıb. Dağıntılar altında qalan minlərlə insanın xilas edilməsi üçün Azərbaycan hər cür fədakarlıq göstərməkdədir. Ölkəmiz Türkiyədən heç bir yardım istəyi gözləmədən öz qardaşının – türk millətinin ağır günündə ilk imdadına yetənlərdən olub. Azərbaycan hər gün dövlət və özəl şirkətlər səviyyəsində Türkiyəyə yardımlarını davam etdirir. […]
Daha ətraflı

“Slavyanskoe” süd məhsullarımızın reklamı yerli telekanallarda yayımlanır

Fevralın 1-dən şirkətimizə məxsus süd məhsulları üzrə özəl “Slavyanskoe” brendinin yerli telekanallarda reklamına başlanılıb. Sözügedən 30 saniyəlik video reklam çarxı ARB və ATV kanallarında gündə 4-5 dəfə yayımlanır. Video çarxda brendimizin simaları olaraq Cabir İmanov, Bəhram Bağırzadə və Yana Nikitina çəkiliblər. Reklam martın sonuna qədər davam edəcək. Qeyd edək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

Yanvarın 19-da “Aqro-Vest DC” MMC-də 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözüylə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu bildirib ki, bu olay Azərbaycan xalqının tarixində dərin, faciəvi iz buraxmaqla yanaşı, həm də millətimizin Sovet imperiyasının qanlı caynağından qurtulmaq uğrunda […]
Daha ətraflı

Oğuz Heydərli: “Hər işi öz yiyəsinə etibar edirik”

“Aqro-Vest DC” MMC-nin İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərlinin www.agrowestdc.az  saytına müsahibəsi –      Oğuz müəllim, “Aqro-Vest DC” MMC təkcə ölkəmizə xaricdən yeyinti məhsulları idxal etmir, həm də bu fəaliyyəti həyata keçirən mütəxəssisləri işlə təmin edir. Hazırda şirkətdə nə qədər işçi çalışır?  – Şirkət üzrə bu günə olan işçi sayımız 900 nəfərə yaxındır. –      İşaxtaranlar üçün “Aqro-Vest DC”-də işləməyin […]
Daha ətraflı

Həmrəyliyin və Yeni ilin mübarək, əziz xalqımız!

“Aqro-Vest DC” MMC Azərbaycan xalqını və öz əməkdaşlarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2023-cü ilin gəlişi münasibətilə təbrik edir! Yola saldığımız 2022-ci il xalqımızın həyatında mühüm hadisələrlə yadda qaldı, ölkəmiz bir sıra beynəlxalq və yerli uğurlara imza atdı. Azərbaycan ərazi bütövlüyünün qorunması yolunda öz prinsipial mövqeyindən əl çəkmədi, düşmənin bütün xain […]
Daha ətraflı

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Dekabrın 12-də “Aqro-Vest DC” şirkətində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Şirkət əməkdaşları öncə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu açaraq Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçilik tarixində ayrıca xidmətləri olan Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat […]
Daha ətraflı

“Lukas” çempion oldu

Noyabrın 20-də “Aqro-Vest Futbol Turniri-2022”-nin son matçları keçirilib. “Olimpiya” stadionunun kiçik meydançasında baş tutan oyunda ilk qarşılaşma üçüncü yer uğrunda “ofis” heyəti “Slobda” ilə “Roshen” arasında olub. Bu oyunda “Roshen” rəqibini 4:3 hesabı ilə məğlub edib. İkinci qarşılaşma isə qalibiyyət uğrunda “Slavyanskoe” və “Lukas” arasında baş tutub. Gərgin keçən görüşdə “Lukas” rəqibindən üstün olmağı bacarıb: 3:1. Beləliklə, “Lukas” “Aqro-Vest […]
Daha ətraflı

Futbol turnirimizin qalibi həftəsonu müəyyənləşəcək

 Möhtəşəm “Aqro-Vest Futbol Turniri 2022”-nin sonlarına yaxınlaşmaq üzərəyik. İki aylıq gərgin, çətin mübarizənin sonunda mükafatçıları müəyyən etməyin zamanı gəlidi. Belə ki, keçən həftə yarımfinal oyunları ilə finalçılar müəyyən oldu. Azarkeşlər maraqlı və həyəcanlı iki oyun izlədilər.    Yarımfinalın ilk oyunu retail təmsilçisi “Slavyanskoe” ilə “Slobada” arasında baş tutdu. Görüşün favoriti olan “Slavyanskoe” ilk dəqiqələrdən inamlı hücumları ilə “Slobada”nın […]
Daha ətraflı

Yeni əməkdaşlar üçün adaptasiya təlimi keçirilib

Noyabrın 10-da “Aqro-Vest DC” MMC-də işə yeni qəbul edilən əməkdaşlar üçün adaptasiya təlimi keçirilib. Təlimi şirkətin İnsan resursları departamentinin əməkdaşı Sevda Musayeva aparıb. Təlimdə yeni əməkdaşlar şirkətin fəaliyyətilə yaxından tanış olublar. Bildirilib ki, 2014-cü ildə yaradılan  «Aqro-Vest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana çəkərək dünyanın bir çox ölkəsindən yeyinti məhsulları idxal […]
Daha ətraflı