Tədbirlər

Bu bazar komandamızı gərgin mübarizə gözləyir

Artıq üzun müddətdir ki, paytaxtda fəaliyyyət göstərən müstəqil şirkətlər arasında futbol üzrə hər bazar günü “Free League Business Cup”un oyunları təşkil edilir. Yarışlar Yasamal rayonundakı “Sportster” idman kompleksində keçirilir. Şirkətimizi təmsil edən “Aqro-Vest” komandası VII turda 13 xalla 4-cü sırada qərarlaşıb. Turnirin növbəti oyunları aprelin 7-də baş tutacaq. Əməkdaşlarımıza uğurlar diləyirik!
Daha ətraflı

31 Mart Soyqırımını unutmuruq

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Ağsu, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi qaynaqlara əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC əməkdaşları Novruz bayramı ilə əlaqədar şəhid ailələrinə baş çəkib

Novruz təkcə təbiətin dirilişi yox, həm də insanlar arasında yardımlaşmaya əsaslanan milli bayramımızdır. “Aqro-Vest DC” MMC Novruz bayramı münasibətilə Bakı şəhərində yaşayan şəhid ailələrinə “Slavyanskoe” və başqa brendlərə aid gündəlik qida məhsullarından ibarət bağlamalar verib. Şirkətin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin yaşadıqları ünvanlara gedərək, onlara bayram  sovqatı verib və təbrik ediblər. Əməkdaşlar şirkət […]
Daha ətraflı

Yel çərşənbəniz mübarək

Bu gün Azərbaycanda Novruzun üçüncü – Yel çərşənbəsi qeyd edilir. Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən soraq verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi ulularımızın yel Tanrısına inamı ilə bağlıdır. […]
Daha ətraflı

Bu gün su çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün birinci su çərşənbəsi qeyd edilir. Bəzi qaynaqlarda ona “əzəl çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma inancı ilə bağlıdır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən su min bir dərdin dərmanı sayılır.
Daha ətraflı

“Aqro-Vest DC” MMC rəhbərliyinin 8 Mart təbriki

“Aqro-Vest DC” MMC ailəsinin üzvü olan əziz xanımlar! Sizi 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edir, hər birinizə cansağlığı, səadət diləyirik! Qadın təkcə ailənin yox, həm də dünyanın yaraşığı, sevincidir. Onun bir təbəssümü bəs edir ki, ürəyimiz rahatlıq tapsın, sevinclə dolsun. Qadın, ana qayğıkeşdir, hər anımızla nəfəs alır, kədərimizdə kədərlənir, sevincimizdə özünə sığmır. Tarixən Azərbaycan […]
Daha ətraflı

“Slavyanskoe” reklamının yeni bölümü yerli telekanallarda yayımlanmağa başlayıb

Bir neçə gündür ki, “Aqro-Vest DC” MMC-yə məxsus süd məhsulları üzrə özəl “Slavyanskoe” brendinin reklamının yeni bölümünün yerli telekanallarda nümayişinə başlanıb. Hadisələr “Slavyanskoe” kəndində baş verir. Sözügedən video reklam ARB və ATV kanallarında gündə bir neçə dəfə yayımlanır. Reklam video çarxında brendimizin ənənəvi simaları Cabir İmaov, Bəhram Bağırzadə və Yana Nikitina çəkiliblər. Qeyd edək ki, […]
Daha ətraflı

Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur

Azərbaycanda Od çərşənbəsi qeyd edilir. Bu, odun isidici və təmizləyici, bütün pislikləri yandırıb yox etmə gücünə inamla bağlıdır. Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 27-də qeyd edilib. Yel çərşənbəsi 12 mart, torpaq çərşənbəsi 19 martda keçiriləcək. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Daha ətraflı

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib

Fevralın 26-da “Aqro-Vest DC” MMC-də Xocalı faciəsinin 32-ci ildönmü ilə əlaqədar tədbir keçirilib. Tədbirin başlanğıcında iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Toplantını giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq Xocalı soyqırımının XX yüzildə baş verən ən böyük faciələrdən biri olduğunu bildirib. Qeyd edilib ki, bu soyqırım ermənilərin örnəyində insan yırtıcılığının, […]
Daha ətraflı

İlham Əliyev yenidən prezident seçilib

Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-dür. Bu seçkidə İlham Heydər […]
Daha ətraflı