Tədbirlər

Futbol turnirimizin yarımfinal oyunları keçirilib

İyulun 2-də “Aqro-Vest DC” şirkətinin əməkdaşları arasında təşkil etdiyi futbol üzrə “Heydər Əliyev Kuboku”nun yarımfinal görüşləri keçirilib. Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutan turnirdə öncə “Aplus” ilə “Caffino” komandaları qarşılaşıblar. Həmişə olduğu kimi, “Aplus” yenə də fərqlənməyi bacarıb və rəqibini 9-2 hesabıyla məğlub edib. “Slavyanskoe” ilə “Lukas” komandalarının qarşılaşmasında isə görüş ikincinin qələbəsilə sonuclanıb: […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC rəhbərliyinin Qurban bayramı münasibətilə təbriki

Hörmətli həmkarlar, əziz “Aqro-Vest DC” MMC ailəsi! Bu günlər bütün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edir. İslam dininin əsas bayramlarından olan Qurban bayramı yüzillərdir ki, xalqımız tərəfindən coşqu ilə qeyd edilir. Bu bayram insanlar arasında dostluq, bərabərlik, şəfqət və sair insani duyğuları gücləndirən, üzə çıxaran mənəvi bir tədbirdir. Hər kəs bu bayramı sevdikləri, doğmaları […]
Daha ətraflı

26 İyun Silahlı Qüvvələr Günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi […]
Daha ətraflı

Bu bazar 5-ci turun oyunları keçiriləcək

İyunun 18-də “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə təşkil etdiyi “Heydər Əliyev Kuboku”nun növbəti turunun oyunları keçiriləcək. Bu həftənin bazar günü Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutacaq turnirdə yenə də üç komanda yarışacaq. Meydançaya ilk olaraq “Caffino”-“Lukas”, sonra isə uyğun olaraq “Roshen”-“Aplus” və “Yamac”-“Slavyanskoe” komandaları çıxacaqlar. Qeyd edək ki, şirkətimizin təşkil etdiyi […]
Daha ətraflı

15 İyun Milli Qurtuluş Günüdür

Bu gün ölkəmizdə Milli Qurtuluş Günü qeyd olunur. 30 il əvvəl ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycan xalqını və dövlətini parçalanmadan xilas edib. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi […]
Daha ətraflı

3-cü turun oyunları keçirilib

Ötən bazar günü “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə təşkil etdiyi “Heydər Əliyev Kuboku”nun üçüncü turunun oyunları keçirilib. Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutan turnirin ilk qarşılaşması Satış departamentinin 1-ci komandası “Slavyanskoe” ilə Logistika departamentinin “Lukas” komandaları arasında olub. Gərgin keçən görüş 4:1 hesabıyla “Slavyanskoe” brendinin təmsilçilərinin xeyrinə başa çatıb. İkinci oyunda […]
Daha ətraflı

“Konditer Profi” məhsullarının təqdimatı keçirilib

Xəbər verdiyimiz kimi, bu yaxınlarda “Aqro-Vest DC” MMC-nin tərəfdaşları sırasına daha bir şirkət – Rusiyanın “Konditer Profi” («Кондитер Профи») qənnadı fabriki də qoşulub. Bununla əlaqədar şirkətimizdə adıçəkilən yeni brendə məxsus məhsulların təqdimatı keçirilib. Tədbirdə şirkətimizin Satış departamentinin əməkdaşları – satış və bölgə müdirləri, ekspeditor və merçendayzerler iştirak ediblər. “Aqro-Vest DC” MMC-nin Marketinq və ticari marketinq şöbəsinin müdiri […]
Daha ətraflı

Bazar günü 3-cü tur oyunları keçiriləcək

“Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında təşkil etdiyi “Heydər Əliyev Kuboku” futbol yarışının üçüncü turunun oyunları bu bazar günü baş tutacaq. İyunun 4-də Bakı Olimpiya Stadionunun kiçik meydançasında keçiriləcək turnirin ilk oyununda – saat 10:00-da meydana “Slavyanskoe” ilə “Lukas” komandaları çıxacaqlar. “Roshen” və “Yamac” komandaları isə saat 11:00-da qarşılaşacaqlar. Saat 12:00-da isə “Caffino” və “Aplus” […]
Daha ətraflı

“Aqro-Vest DC” şirkəti şəhid övladlarını sevindirib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Aqro-Vest DC” şirkəti Sabunçu rayonunda yaşayan şəhid ailələrinə ərzaq yardımı edib və şəhid övladlarını müxtəlif hədiyyələrlə sevindirib. Şirkətimizin İnsan resursları departamentinin direktoru Oğuz Heydərli, Marketinq və ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan İmaməliyev Sabunçu rayonundakı şəhid ailələrinin yaşadığı ünvanlara gedərək onları […]
Daha ətraflı

“Aplus” komandası 6 xalla öndədir

Ötən bazar günü – mayın 28-də “Aqro-Vest DC” MMC-nin öz əməkdaşları arasında təşkil etdiyi “Heydər Əliyev Kuboku” futbol turnirinin növbəti oyunları keçirilib.  Şirkətimizin Ət məhsulları departamentinin təmsilçisi “Yamac” “Aqro-Vest Retail”-i təmsil edən “Aplus” komandası ilə üz-üzə gəlib. Görüş fantastik fərqlə – 0:14 hesabıyla başa çatıb. Ofisin “Caffino” komandası Satış-1 əməkdaşlarından təşkil olunmuş “Slavyanskoe” komandası ilə […]
Daha ətraflı