Xəbərlər

“Damozel” konfeti

Rusiyanın «Сибирская белочка» (“Sibir sincabı”) qənnadı fabrikinin ölkəmizə idaxal etdiyimiz yeni məhsullarından biri “Damozel” konfetidir. 100 faiz təbii kakao tərkibli bu konfet həm də qozludur. Məhz bunun sayəsində o, şirniyyatsevərlərin sevgisini qazana bilir. “Damozel” konfeti çay içmək üçün ideal bir şirniyyatdır. Qeyd edək ki, 1997-ci ildə yaradılan “Sibirskaya Belochka” şirkəti fondan, jele, iris və konfetlər, […]
Daha ətraflı

“Şedriki” – günəbaxan halvası ilə

Ukraynanın “Xarkov” biskvit zavodunun istehsalı olan kakolu “Şedriki” vaflisinin ölkəmizə gətirdiyimiz  haqqında bilgi vermişdik. Bu dəfə isə sizə həmin vaflinin günəbaxan halvası tərkibli çeşidini təqdim edirik. 77 qramlıq, kiçik qablaşdırmada olan bu şirniyyatla gözəl bir qəlyanaltı edə, və ya onu yolda, işdə, gəzinti zamanı yeyə bilərsiniz. Bildirək ki, “Şedriki”nin tərkibini yüksək keyfiyyətli buğda unu, qatılaşdırılmış quru süd, nişasta, […]
Daha ətraflı

“Master Gurme”

Yeni idxal etdiyimiz məhsullardan biri də “Master Gurme” mayonezidir. Soyuq sous sayılan mayonez ən çox salatlarda, ət və toyuq qızartmalarında istifadə edilir. Mayonezin faydası onun tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. “Master Gurme”nin əsas kütləsi meyvələrin şahı olan zeytundur. Bundan başqa onun tərkibində su, şəkər, yumurta sarısı, xörək duzu, qarğıdalı nişastası, sirkə, xardal yağı və […]
Daha ətraflı

“Şedriki” vaflisi

“Şedriki” vaflisini ölkəmizə yeni idxal etmişik. Ukraynanın “Xarkov” biskvit zavodunun istehsalı olan bu şirniyyat öz yumşaq xırçıltısı və vanil ətrilə diqqətinizi çəkəcək. Yeddiqatlı vaflinin tərkibinin 20 faizini vanil halvası təşkil edir ki, bu da məhsulun hər layında özünü göstərir. “Şedriki”nin tərkibini yüksək keyfiyyətli buğda unu, qatılaşdırılmış quru süd, nişasta, yumurta tozu, kakao yağı, bitki yağı, qabartma […]
Daha ətraflı

“Limon-jele”

Yeni məhsulların təqdimatını davam etdiririk. Ukraynanın Xarkov “Biskvit-Şokolad” Korporasiyasının  istehsalı olan, əsas kütləsi jeledən ibarət “Limon-jele” konfet-şokoladı ağız dadınıza dad qatacaq. Limon dadlı bu konfetin üzərini örtən nazik şokolad qatı sizi heyran edəcək. Çay içmək üçün ideal şirniyyat olan “Limon-jele” konfet-şokoladını ölkənin bütün supermarketlərdən əldə edə bilərsiniz.
Daha ətraflı

“Zooloqiçeskoe” (Зоологическое) peçenyesi

Ukraynanın “Xarkov” biskvit fabrikinin istehsalı olan və ölkəmizə yeni gətirdiyimiz 300 qramlıq “Zooloqiçeskoe” (Зоологическое) peçenyesi azşəkərli, yağlı və vanil ətirli bir şirniyyatdır. Məhsulun 100 qram üçün kalori dəyəri aşağıdakı kimidir: zülallar 8,90 q, yağlar 7.80 q, karbohidratlar 72,80 q. Əla növ buğda unundan hazırlanmış bu şirniyyat yaxşı bir atışdırmalıqdır. Günün istənilən vaxtında çay süfrənizin bəzəyi ola bilər.
Daha ətraflı

“Cherry jelly”

Budəfəki yeni məhsulumuz “Cherry jelly” konfet-şokoladıdır.  Ukraynanın “Biskvit-Şokolad” Korporasiyasının  istehsalı olan bu məhsul öz jele yumşaqlığı və zərifliyilə ilginizi çəkəcək. 1 kiloqramlıq qablaşdırmada olan bu şirniyyatın içərisi meyvə şirəsilə hazırlanmış jele, üzəri isə şokoladdan ibarətdir. Əminik ki, bu konfet-şokolad da sevimli şirniyyatlarınız içərisində öz yerini tutacaq. Bütün supermarketlərdən soruşa bilərsiniz.
Daha ətraflı

“Xarkov” peçenye və biskviti

İdxal etdiyimiz yeni məhsullardan biri də Ukraynanın “Biskvit-Şokolad” korporasiyasının  istehsalı olan “Xarkov” peçenye və biskvitidir. 550 qramlıq karton qutuda yer alan albalı, üzüm və qarağatlı bu şirniyyat kərə yağı ilə bişirilib. 100 qram məhsulun qida dəyəri belədir: zülallar – 7,3 q, yağlar – 16,3 q, karbohidratlar – 67,9 q. Çay və kofe içmək, hədiyyə aparmaq […]
Daha ətraflı

“Parijanka”

Sizin üçün bugünlərdə ölkəmizə gətirdiyimiz məhsullardan biri də Ukraynanın “Biskvit-Şokolad” korporasiyasının  istehsalı olan “Parijanka” konfet-şokoladıdır. Fondan və şokolad kütləsinin unikal birləşməsindən yaranan bu şirniyyat onu dadanları özünə təslim etməyi bacarır. Qeyd edək ki, Ukraynanın ən böyük qənnadı müəssisələrindən biri olan “Biskvit-Şokolad” korporasiyası 2004-cü ildə yaradılıb. 1896-cı ildə qurulan ən qədim qənnadı zavodu olan “Xarkovçanka”nı və 1935-ci ildə […]
Daha ətraflı

Çiyələk içlikli “Perfetto”

Ukraynanın “Biskvit-Şokolad” Korporasiyasının istehsalı olan, təbii südün qaynadılıb qatılaşdırılmış və içərisinə zərif krem ​​əlavə edilmiş nazik “Perfetto” tortunun yeni çeşidi haqqında söz açmaq istəyirik. Bu, çiyələk içlikli, kremli “Perfetto”dur. Ağızda tez əriyən, bu bükülmüş incə tort sizə şirniyyatın fərqli səviyyəsini göstərəcək.
Daha ətraflı