Xəbərlər

Limon dadlı “Marmelad”

“Azovskaya” qənnadı fabrikinə məxsus şirniyyatlardan olan limon dadlı, jeleli “Marmelad”ı istənilən supermarketdən əldə edə bilərsiniz. Bu qənnadı məhsulu çay içmək zövqünüzü yaxşıya doğru dəyişəcək, artıracaq.  Limon dadlı şəkərli yumşaq jele marmeladının tərkibi şərbət, su, kompleks qida əlavəsi jeleləşdirici pektin, saxaroza, turşuluq tənzimləyiciləri, antioksidantlar və başqa maddələrdən ibarətdir. Qeyd edək ki, “Azovskaya” Rusiyanın qida sənayesi sahəsində […]
Daha ətraflı

“Şokoladniça” vafli tortu

“Kolomenskoe” brendinə məxsus qatbaqat “Şokoladniça” vafli tortu dadlı və doyumlu, ağızda xırçıldayaraq tez əriyən kakaolu, fıstıqlı bir qənnadı məhsuludur. Çay içmək üçün əla bir qənnadı olan adıçəkilən vafli tortunun tərkibi buğda unu, şəkər, kakao, günəbaxan, xurma yağları, eləcə də ətirli vanilin, qızardılmış fıstıq ləpəsi, yağsız süd, duz, soya lesitini emulqatoru, qabartma tozundan və sairdən ibarətdir. Bildirək […]
Daha ətraflı

Yeni qənnadı çeşidlərinin təqdimatı olub

İyunun 19-da “Aqro-Vest DC” MMC-nin Marketinq və ticari marketinq şöbəsinin əməkdaşları şirkətimizin Satış departamentinin işçilərinə Ukraynanın AVK Qənnadı Kompaniyasına və Xarkov  Biskvit-Şokolad Korparasiyasına məxsus yeni qənnadı çeşidlərin təqdimatını təşkil ediblər. Marketinq və ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov, əməkdaşlar Emil Surxaylı, Xəlil Xəlilzadə AVK brendinə məxsus iki çeşiddə “Who said muu?” baton şokoladları, eləcə də Xarkov  Biskvit-Şokolad Korparasiyasına məxsus […]
Daha ətraflı

“Toffee Fruit”

“Azovskaya” brendinə məxsus “Toffee Fruit” iris konfeti sizə Sovet dönəmi şirniyyatlarının dadını xatırladacaq. O dönəmlər iris konfeti təkcə uşaqların deyil, hər kəsin sevdiyi bir şirniyyat idi. Azovskaya Qənnadı Fabriki indi də həmin ənənəni yaşadaraq meyvə içlikli cürbəcür irislər istehsal edir. Üç meyvə çeşidinin – albalı, şaftalı, qarağatın dadını daşıyan zərif, tez əriyən və kremli bu […]
Daha ətraflı

“Halva və Peanuts”

Ukrayna Respublikasının AVK Qənnadı Fabriki hər gün yeni şirin şedevrlər yaradan minlərlə qənnadı mütəxəssislərindən ibarət komandadır. Burada hər kəsin peşəkarlığı ümumi məqsədə gedən yolda uğurun açarıdır. Adıçəkilən şirkətin “Halva və Peanuts” (“Halva və fıstıq”) konfeti şirniyyatsevərlər üçün unudulmaz dad qaynağıdır. Halva və fıstığın bir araya gəldiyi bu şirniyyatın tərkibi şəkər, bitki yağı, çovdar unu, günəbaxan […]
Daha ətraflı

Sufle

Sufle 18-ci əsrə aid fransız şirniyyat növüdür. Bu söz fransızca “üfürmək”, “şişirmək” mənalarını ifadə edən “souffler” feilindən yaranıb. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert kimi yeyilir. Qeyd edək ki, fransız mətbəxinin məşhur şirniyyatı olan suflenin hazırda bir çox növü var.  Artıq yerli şirniyyatsevərlər bu ləziz qənnadı məhsulunu ölkəmizin istənilən ərzaq satış nöqtələrindən əldə edə biləcəklər. […]
Daha ətraflı

AVK – “Bambuk”ları

Çay, yaxud qəhvə içirsiniz? O zaman AVK – “Bambuk”larını qaçırmayın. Bu qənnadı məhsulunu yəqin ki, dadmayan olmaz. Xırçıldamasıyla, krem və çiyələk dadıyla, bambuq çubuqlarına bənzəməsiylə diqqət çəkən bu şirniyyatı Ukraynanın AVK Qənnadı Fabriki istehsal edir. Tərkibi buğda və düyü unu, şəkər, bitki yağı, quru süd, qarğıdalı yarması, alma turşusu, soya, çiyələk dadlandırıcısı və duzdan ibarətdir. […]
Daha ətraflı

“Konditer Profi” məhsulları yerli bazarda

Bu günlərdə “Aqro-Vest DC” MMC-nin tərəfdaşları arasına daha bir şirkət qoşulub. Artıq bundan sonra yerli bazarda Rusiyanın “Konditer Profi” («Кондитер Профи») qənnadı fabrikinin məhsullarını tez-tez görəcəksiniz. Şirkət 1929-cu ildə “Pişevik” («Пищевик») qənnadı və zəncəfil çörək arteli kimi fəaliyyətə başlayıb. Kolbasa, şirniyyat, zəncəfil, dondurma istehsal edib. 2010-cu ilə qədər müxtəlif adlarla fəaliyyət göstərsə də, həmin ildən “Konditer Profi” adı ilə […]
Daha ətraflı

“Oval mini” keksi

Şirin və qədim un məmulatı olan keks adətən üzüm, qoz və müxtəlif giləmeyvələrlə bişirilir. Keks müxtəlif formalarda hazırlanır: dördbucaq, yumru, halqavari, uzunsov və s. İlk keks reseptlərinə qədim Roma yazılarında rast gəlinir. O dövrün mətbəxində kekslər çovdar unu istifadə etməklə üzüm və qozla bişirilirdi. XV-ci əsrin sonlarında şəkər istehsalının inkişafı ilə əlaqədar keks müxtəlif ölkələrin […]
Daha ətraflı

Şokolad şirəli günəbaxan kozinakı

Sizə “Kozinak”ın  başqa bir çeşidini təqdim edirik. Bu, üzəri şokolad şirəsilə örtülmüş günəbaxan ləpələrindən ibarət şirniyyatdır. Sözügedən bu unikal qənnadı məmulatının tərkibi şəkər, kakao tozu, kakao yağı, şokolad şirəsi, bəkməz, soya lesitini emulqatoru, su, vanilin, günəbaxan ləpəsi, biyan kökü ekstraktından ibarətdir. “Azovskaya” qənnadı fabrikinin 1 kiloqramlıq qablaşdırmada olan bu məhsulunu ölkəmizin istənilən yerində ərzaq satış […]
Daha ətraflı