19.07.2020-ci il tarixdə gündəlik tələbat məhsullarının dağıtımı şirkətlərindən olan AQRO-VEST DC MMC Tovuz rayonunun Ağdam kəndində yaşayan 300 ailəyə ərzaq bağlaması göndərmişdir. Tovuz rayon icra hakimiyyəti və Heydər Əliyev Fondunun Regional İctimai İnkişaf Birliyinin əməkdaşlarının iştirakı ilə görüş təşkil olunmuşdur. Görüşün məqsədi cəbhə xəttində yaşayan qardaş – bacılarımıza mənəvi dəstək göstərməkdir.