Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “AQRO-VEST DC” MMC şirkətində anım tədbirikeçirilmişdir. Tədbirin əvvəlində Ümummilli liderin xatirəsi bir dəqiqəliksükütla yad olunmuşdur.
Heydər Əliyev Azərbaycan xalqının tarixi şəxsiyyətlərindən biriolmaqla, həyatını Azərbaycan Respublikasının suverenliyi və inkişafına həsr etmişdir. Azərbaycan Respublikasını və Azərbaycan xalqının haqqsəsini dünyada tanıtmışdır.
Tədbirdə iştirak etmiş şirkətimizin Hüquq Departamentinin rəhbəri Natiq Qasımov çıxışında: “Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfüzunun güclənməsi, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə inkişafın təmin edilməsində böyük rolu olan Ümümmilli lider Heydər Əliyevin xidmətləri Azərbaycan xalqının qəlbində daimayaşayacaq, onu minnətlə anacaqdır. Daima ona olan məhəbbət, sevgi dünya durduqca davam edəcək və Azərbaycan xalqının qəlbində əbədi
çiçəklənəcəkdir.”
Eyni zamanda tədbirdə çıxış edən Marketinq Departamentinin rəhbəri Tural Məmmədov: “Ulu Öndər Heydər Əliyev Azərbaycanda sahibkarlıq mühitinin formalaşmasında, yerli şirkətlərin yaradılmasında öz tövhəsini vermişdir. Biz bugündə Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Azərbaycan Respublikasının prezidenti,Cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkə iqtisadiyyatının inkişafında yorulmadançalışırıq.”