Mayın 20-də “Agro-Vest DC” MMC-nin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev Kuboku” futbol çempionatı başlayacaq.
Üçüncü dəfə keçirilən çempionata qatılmaq istəyən əməkdaşlar aşağıdakı qaydalara əsasən müraciət edə bilərlər.
- Tərkibində minimum 8, maksimum 10 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan 1 nəfəri qapıçı olmalıdır.
- Qeydiyyat vərəqələri 10.05.2023-cü il tarixinə qədər İnsan ResurslarıDepartamentinə verilməlidir. Qeydiyyat vərəqəsini əlavədə tapa bilərsiniz.
- Rəsmi işə qəbul tarixi 10.05.2023-cü il tarixindən sonra olan işçilərin qeydiyyatı nəzərə alınmayacaq.
- Son beş ildə AFFA bayrağı altında təşkil olunan yarışlarda iştirak etmiş oyunçularyarışlara qatıla bilməzlər.
- Başqa şöbə əməkdaşlarının birləşib bir komandada oynamasına İnsan Resursları Departamentinin rəyi əsasında icazə veriləcək. (Ofis işçilərinə şamil edilir.)
- Qeydəalınmayan oyunçularınyerinə başqa oyuncunun verilməsi üçün qeydiyyat vərəqələri qeydiyyat tarixinin son gününə qədər dəyişdirilə bilər, yoxsa sonuncu verilən siyahı nəzərə alınacaq.
- Komanda kapitanını da qeyd etməlidir.
- Eləcə də komanda bir məşqçi təyin edə bilər.
- Meydanda eyni anda maksimum 5 oyunçu və 1 qapıçı olmalıdır.
10.Sənədlər tələb olunan tarixdən gec təqdim edilərsə, komanda turnirə buraxılmayacaq.
11.Qeydiyyat vərəqəsində göstərilməyən şəxslər oyunlar zamanı meydançaya və texniki zonaya buraxılmayacaqlar.
İnsan Resursları Departamenti