Ötən bazar günü – mayın 28-də “Aqro-Vest DC” MMC-nin öz əməkdaşları arasında təşkil etdiyi “Heydər Əliyev Kuboku” futbol turnirinin növbəti oyunları keçirilib.
Şirkətimizin Ət məhsulları departamentinin təmsilçisi “Yamac” “Aqro-Vest Retail”-i təmsil edən “Aplus” komandası ilə üz-üzə gəlib. Görüş fantastik fərqlə – 0:14 hesabıyla başa çatıb.
Ofisin “Caffino” komandası Satış-1 əməkdaşlarından təşkil olunmuş “Slavyanskoe” komandası ilə yarışıb. Matç uyğun olaraq 2:4 hesabıyla yekunlaşıb.
Logistika departamentinin təmsilçisi “Lukas”, Satış-2 əməkdaşlarının “Roshen” komandasını böyük fərqlə 8:0 hesabı ilə məğlub edib.
Hazırda turnir cədvəlində “Aplus” komandası 6 xalla öndədir.
Oyunlar Olimpiya Stadionunun kiçik meydançasında keçirilir.