Sizin üçün bugünlərdə ölkəmizə gətirdiyimiz məhsullardan biri də Ukraynanın “Biskvit-Şokolad” korporasiyasının istehsalı olan “Parijanka” konfet-şokoladıdır.
Fondan və şokolad kütləsinin unikal birləşməsindən yaranan bu şirniyyat onu dadanları özünə təslim etməyi bacarır.
Qeyd edək ki, Ukraynanın ən böyük qənnadı müəssisələrindən biri olan “Biskvit-Şokolad” korporasiyası 2004-cü ildə yaradılıb.
1896-cı ildə qurulan ən qədim qənnadı zavodu olan “Xarkovçanka”nı və 1935-ci ildə yaradılan Xarkov biskvit zavodunu özündə birləşdirir.
Hazırda adıçəkilən korporasiya məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edir.