Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı Olimpiya Stadionunun kiçik meydançasında “Aqro-Vest DC” Futbol Turniri-2023”-ün final və üçüncü yer uğrunda oyunları keçirilib.
“Aplus” və “Caffino” komandalarının üçüncü yer uğrunda yarışında birinci 7-3 hesabı ilə rəqibini yenib.
Finalda “Slavyanskoe” və “Lukas” komandaları güclərini sınayıblar. Oyunun əsas hissəsi 2-2 hesabı ilə başa çatdığından qalib penalti ilə müəyyənləşib. “Slavyanskoe” rəqibi “Lukas”ı 4-3 üstünlüyü ilə məğlub edib.
Eləcə də, qarşılaşmalar arasında azarkeşlər üçün əyləncəli musiqilər səsləndirilib və uduşlu lotoreya oyunları keçirilib.
Beləlikllə, “Aqro-Vest” Şirkətlər Qrupunun süd məhsulları üzrə özəl brendi sayılan “Slavyanskoe”nin şərəfini qoruyan eyni adlı komanda 2023-cü il futbol turnirimizin qalibi olub.
Qalib komandanın oyunçularına qiymətli kubok və pul mükafatları verilib.