“Lukas” qənnadı fabrikinin müxtəlif çeşiddə kruassanlarını ölkəmizə idxal edirik. Onlardan biri də şirniyyatsevərlərin dadından doymadığı kremli-kakaolu kruassandır.
Bu şirniyyat qat-qat və qabarcıqlı xəmiri, bol kremi ilə diqqət çəkir.
Kruassanlar özəl reseptlə hazırlanır və çağdaş texnoloji avadanlıqlarla paketlənir. Bununla da o, öz təzəliyini və keyfiyyətini son istehlak gününədək qoruya bilir.