“Aqro-Vest DC” MMC ənənəsinə sadiq qalaraq növbəti humanitar tədbirə ev sahibliyi edib. Belə ki, avqustun 9-da “Aqro-Vest DC” MMC Qan Donorluğunun İnkişafı Mərkəzi ilə birlikdə şirkətimizin inzibati binasında homofiliya və talassemiyadan əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirib.
Öncə hər iki təşkilatın nümayəndə heyətləri arasında görüş baş tutub. Görüşdə şirkətimizin insani addımı yüksək dəyərləndirilib, bunun üçün rəhbərliyə və əməkdaşlara təşəkkür edilib.
Saat 11:00-dan 17:00-dək davam edən aksiyada şirkətimizin onlarla əməkdaşı təmənnasız olaraq qan veriblər. Öncə həkimlər tərəfindən onların sağlamlığı yoxlanılıb, qan verməyə yararlı olub-olmadığı müəyyən edilib. Yığılan qan Respublika Qan Bankına göndərilib.