Rusiyanın taxıl məhsulları istehsal edən “Makfa” şirkətinin illik istehsal həcmi 180 min tondur. Şirkət dünyada ilk 5 iri makaron istehsalçılarının siyahısına daxildir. “Makfa” makaron istehsalı ilə yanaşı, un və dənli bitkilərin istehsalı ilə də məşğuldur. Bu brend Rusiya əhalisinin 98%-nə yaxşı tanışdır.
2016-cı ildə “Aqro-Vest DC” şirkətilə Rusiyanın “Makfa” fabriki arasında makaron, un və dənli bitki məhsullarının ölkəmizdə distribusiya olunması hüququnu təqdim edən müqavilə imzalanıb.
“Aqro-Vest DC” şirkəti sayəsində məşhur “Makfa” məhsullarını indi Azərbaycanda çox evdə tapmaq olar. Bunlar taxıldan hazırlanan, gündəlik istifadə olunan çeşidli qida məhsullarıdır.