Sızma “Zadə” zeytun yağı

Türkiyənin “Zadə” zeytun yağlarının sızma növü ilə sizi tanış edirik. Mətbəxlərin vazkeçilməzi olan sızma zeytun yağı mexaniki və fiziki yolla zeytun meyvəsindən sıxılaraq əldə olunur.

 Adıçəkilən yağda zeytun meyvəsinin qoxusu, dadı daha kəskin, acı, rəngi isə tünd olur. Bu üsulla əldə olunan yağın tərkibi vitaminlər və antioksidantlar baxımından daha zəngindir.

Ondan qidalanmada, salatların, sousların, qəlyanaltıların və soyuq yeməklərin hazırlanmasında istifadə edilir.

Şərh bildir