Sentyabrın 27-də “Aqro-Vest DC” MMC-də II Qarabağ Savaşı – Vətən Müharibəsi şəhidlərinin Anım Günüylə bağlı toplantı keçirilib.
İlk olaraq toplantı iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantını şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq 44 günlük II Qarabağ Savaşında igid oğullarımızın göstərdiyi şücaətdən söz açıb, xalqımızın bu savaşda şəhidlər verdiyini vurğulayıb.
Toplantıda qeyd edilib ki, bir il öncə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi son antiterror əməliyyatı ilə işğalda qalan bəzi torpaqlarımız da bütünlüklə azad edilib, ölkəmizdə erməni separatizminin kökü biryolluq kəsilib.
Sonra iştirakçılar “Azərbaycanfilm” və İTV-nin istehsalı olan “Görünməyən qəhrəmanlar – 27 sentyabr” sənədli filmini izləyiblər. Filmdə Vətən Müharibəsi iştirakçıları olan qəhrəman düyüşçülərimiz savaşın ilk günü və gedişi ilə bağlı xatirələrini bölüşüblər.