“Agro-West DC” MMC Rusiyanın məşhur “Uniconf” qənnadı holdinqi ilə əməkdaşlıq müqaviləsinə imza atıb.
“Uniconf” qənnadı holdinqi 2024-cü ilin payızından ölkəmizdə rəsmi distribütörlüyü “Agro-West DC” MMC şirkətinə etibar edib. Bundan sonra Azərbaycan bazarında adıçəkilən qurumun məhsullarının satışını şirkətimiz təşkil edəcək.
Xatırladaq ki, “Uniconf” qənnadı holdinqi “Rot Front”, “Babaevsky”, “Krasniy oktyabr” və bir çox məşhur brendlərə sahibdir. Dünyanın böyük müəssisələrindən biri olan adıçəkilən holdinq istehlakçıların sevdiyi müxtəlif konfetlərin, karamellərin, peçenyelərin, ruletlərin, pryanik və sair şirniyyatların istehsalçısıdır.