Əməkdaşlarımıza Türk Standartları İnstitutunun sertifikatları təqdim olunub

Fevralın 14-də “Aqro-Vest DC” MMC-nin akt zalında ötən il oktyabrın 21-25-də Türk Standartları İnstitutu  tərəfindən  əməkdaşlarımıza TS EN ISO 9001:2015  keyfiyyət idarəetmə sistemi və TS EN ISO 22000:2018 qida təhlükəsizliyi idarəetmə sistemi ilə bağlı keçirilən təlimin sertifikatlarının təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözüylə açan Keyfiyyət Departamentinin direktoru Mahir Əliyev iştirakçılara sertifikatları təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Qeyd edək ki, Türk Standartları İnstitutunun əməkdaşı Meriç Karacan adıçəkilən təlim zamanı iştirakçılara TS EN ISO 9001:2015 və TS EN ISO 22000:2018 standartlarının tələbləri, onların tətbiq sahəsi, idarəetmə sistemlərinin tətbiqinə dəstək, daxili auditin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi, yaxşılaşdırılması və s. məsələlər barədə geniş bilgi vermişdi.

Şərh bildir