Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün xalqımız Novruzun ilk – su çərşənbəsini  qeyd edir. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir.

Bəzi qaynaqlarda ona “əzəl çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi ilə təbiətin  canlanması özünü göstərir.

Qədim inanclara əsasən, bu çərşənbə insanların suya tapınması ilə bağlıdır. İnanca görə, səhər dan yeri sökülməmiş bulaqdan, çaydan götürülən su müqəddəs sayılır.

Şərh bildir