Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsidir. Xalq arasında o həm də “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Badi çərşənbə”, “Nəfəs çərşənbə” adlanır.
İnanca görə, bu çərşənbədə oyanan yel dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Yel çərşənbəsində əsən isti-soyuq külək yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir.
Yel çərşənbəsi günü axşam düşəndə hər həyətdə, məhəllədə tonqallar qalanır, ocaq başına toplaşanlar növbə ilə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.
Yel çərşənbəniz mübarək!