Sentyabrın 27-si ölkəmizdə Anım Günüdür. Xalqımız Qarabağ savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən igid əsgər və zabitləri – müqəddəs şəhidlərimizi dərin ehtiramla yad edir.
Bununla əlaqədar “Aqro-Vest DC” MMC-nin əməkdaşları Şəhidlər Xiyabanında yurdumuzun azadlığı yolunda qəhrəmancasına canından keçmiş əziz şəhidlərimizi ziyarət edib, məzarları üzərinə tər qərənfillər düzüblər.
Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!