18 Oktyabr – Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur.

1991-ci il oktyabrın 18-də ovaxtkı Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Həmin gün Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qeyd edək ki, bu 34 ildə Azərbaycanın müstəqilliyi ağrı-acılı, sarsıntılı dönəmlərdən keçib, amma ölkəmiz özünü dünyada təsdiq etməyi bacarıb, iqtisadi, siyasi, ictimai, mədəni və  başqa sahələrdə böyük uğurlar əldə edib.

2020-ci ilin 44 günlük Vətən Müharibəsi! Bu, 34 illik müstəqillik dövrümüzün ən möhtəşəm, sanballı tarixidir. Xalqımız son nəfərinə qədər səfərbər oldu, torpaqlarımızı işğalda saxlayan Ermənistan üzərində tarixi qələbəsini qazandı.

2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən bir günlük antiterror əməliyyatı ilə düşmənin son tör-töküntüləri də təslim oldu.  Bununla da Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq dövlət suverenliyimiz tam bərpa edildi.

İnanırıq ki, bu qələbə Azərbaycanın tarixində bütün dövrlər üçün ən şanlı hadisə olaraq qalacaq!

Günümüz mübarək!

Şərh bildir