“Aqro-Vest DC” MMC-də növbəti qanvermə aksiyası keçirilib

Oktyabrın 21-də “Aqro-Vest DC” MMC-də Respublika Qan Bankının əməkdaşlarının iştirakı ilə homofiliya və talassemiyadan əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilib.

Saat 10:00-dan 16:00-dək davam edən aksiyada şirkətimizin onlarla əməkdaşı təmənnasız olaraq qan verib.

Öncə həkimlər tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb, qan verməyə yararlı olub-olmadığı müəyyən edilib.

Yığılan qan Respublika Qan Bankına göndərilib.

Şərh bildir