İçərişəhərdə Zeytun Festivalı açılıb

Bu gün İçərişəhərdə ölkə tarixində ilk dəfə təşkil olunan Zeytun Festivalı öz işinə başlayıb. Festivalın təntənəli açılış mərasimi sabah – noyabrın 1-də olacaq.

Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

“Aqro-Vest DC” MMC bu festivalda “Atlas”, “Sloboda”, “Vero Greco” duru yağ markaları ilə təmsil olunur. Əlavə olaraq “Makfa” və “Roshen” markaları da sərgidə istehlakçılara təqdim edilir.

Qeyd edək ki, festival çərçivəsində konsertlər, rəssamların açıq hava pleneri, həmçinin sərgilər təşkil olunacaq.

Festival 2 noyabr saat 20:00-a kimi davam edəcək.

Şərh bildir