Fevralın 26-da Xocalı faciəsinin baş verməsindən 34 il ötür. Bu münasibətlə “Aqro-Vest DC” MMC-nin əməkdaşları paytaxtdakı “Xocalı” abidəsini ziyarət edib, onun qarşısına şirkətimiz adından əklil qoyub, şəhidlərimizin xatirəsini yad ediblər.
Qeyd edək ki, bu soyqırım XX yüzildə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar.
Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb.
Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


