“Aqro-Vest DC” MMC rəhbərliyinin Novruz təbriki

Əziz həmkarlar, hörmətli “Aqro-Vest DC” MMC əməkdaşları!

Sizi xalqımızın ulu bayramı – Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edirik!

Artıq illərdir ki, “Aqro-Vest DC” MMC kollektivi olaraq Novruz bayramını birlikdə qarşılayırıq. Novruzun ən gözəl cəhətlərindən biri bayramlaşmaqdır. Bu isə onun lap qədimdən əsl sosiallaşma bayramı olduğunu göstərir.

Novruz təbiətin dirilməsi, ruhun yenilənməsi bayramıdır. İnsan bu yenilənməni təbiətdə gördüyü qədər öz ruhunda da hiss edir. Qışın çətin sınaqlarından çıxan ulularımız baharın gəlişini bayram etməkdə haqlı idilər.

Novruz elə bir bayramdır ki, xalqımız ən çətin çağlarda da onu qeyd eləyib. Heç bir səbəb xalqımızı bu bayramı sevinc, könül xoşluğu ilə qarşılamağa mane olmayıb.

Bu Novruzda da sizə diləklərimiz sonsuzdur.

Qoy bu bayram hər birinizə, ailə üzvlərinizə, eləcə də xalqımıza xoş, sevincli günlər gətirsin. Süfrələriniz ruzi-bərəkətli, canınız sağlam, ruhunuz rəvan olsun!

Sabaha inamlı olaq! Ölkəmiz, xalqımız, ordumuz daha da güclənsin!

Novruz bayramınız mübarək olsun!

“Aqro-Vest DC” MMC-nin rəhbərliyi

Şərh bildir