“Aqro Vest DC” MMC-nin “Slavyanskoe” markasının reklam simalarından olan Əməkdar artist Cabir İmanov vəfat edib. Artıq neçə ildir “Slavyanskoe” məhsullarının reklamı ilə bağlı əməkdaşlıq etdiyimiz aktyorun qəfil ölümü hər birimizi sarsıdıb. Onun incə, məzəli yumoru tamaşaçıları həm güldürür, həm də düşündürürdü.
Bildirək ki, C.İmanov 1976-cı ildə Bakı şəhərində doğulub.
2001-ci ildən ömrünün sonunadək “Planet Parni iz Baku” teatrının aktyoru olub.
14 sentyabr 2015-ci il tarixdə “Əməkdar artist” fəxri adına layiq görülüb.
“Ölülər XXI əsr” və sairə filmlərində rol alıb.
Allah rəhmət eləsin!