“Aqro-Vest DC” MMC Azərbaycan xalqını və əməkdaşlarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2026-cı ilin gəlişi münasibətilə təbrik edir!
Yola saldığımız 2025-ci il xalqımızın həyatında mühüm hadisələrlə yadda qaldı, ölkəmiz bir sıra beynəlxalq və yerli uğurlara imza atdı.
Ölkə həyatının bütün sahələrində mühüm irəliləyişlərə nail olundu. İşğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq işləri davam etdirildi, qaçqın və məcburi köçkünlərimizin bir hissəsi uzun illərdən sonra öz yurdlarına yaşamaq üçün geri döndü.
Azərbaycanın beynəlxalq aləmdə söz yiyəsinə çevrilməsi ölkəmizdən qıraqda yaşayan 50 milyonluq soydaşımızın müstəqil dövlətimizin ətrafında daha sıx birləşməsini təmin etdi. İndi biz dünyada 60 milyonluq sarsılmaz millət və gücük!
Qoy 2026-cı il xalqımızın həyatına fərəhli hadisələr, günlər gətirsin! Bunun üçün hər birimizin üzərinə müəyyən öhdəliklər düşür. Hər birimiz dövlətimiz və xalqımızın xoşbəxt gələcəyi uğrunda əzmlə çalışmalı, həmrəyliyimizi daha da gücləndirməliyik.
Həmrəyliyin və Yeni ilin mübarək, əziz xalqımız!
Hörmətlə: “Aqro-Vest DC” MMC-nin rəhbərliyi


