“Aqro-Vest DC” şirkəti Qızıl Aypara Cəmiyyətinin (QAC) Xocavənd rayon bölməsi ilə birlikdə Novruz və Ramazan bayramları münasibətilə adıçəkilən rayonda yaşayan bir qrup şəhid ailəsinə bayram sovqatı veriblər.
QAC-ın Xocavənd rayon bölməsinin rəhbəri Samirə Zamanova əməkdaşlarıyla rayonda məskunlaşan şəhid ailələrini ziyarət edib, onlarla bayramlaşıblar.
Ziyarət zamanı bildirilib ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.



