Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igid şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir.
Anım Günü ilə əlaqədar “Aqro-Vest DC” MMC-nin əməkdaşları II Fəxri Xiyabanı ziyarət ediblər. Əməkdaşlar 44 günlük Vətən müharibəsində yurdumuzun azadlığı uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncamla sentyabrın 27-ni Azərbaycan Respublikasında Anım Günü olaraq təsis edib.



