Əməkdaşlarımız “Zəfər tağı” abidəsini ziyarət ediblər

Noyabrın 6-da “Aqro-Vest DC” MMC-nin əməkdaşları Zəfər Günü münasibətilə II Qarabağ savaşında qazanılan qələbənin şərəfinə ucaldılmış “Zəfər tağı” abidəsini ziyarət ediblər.

Onlar paytaxtımızda eyniadlı parkda ucaldılan abidənin önünə çiçəklər düzüb, şəhidlərimizin xatirəsini yad ediblər.

Qeyd edək ki, prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

Bundan sonra Bakıda “Zəfər parkı” salınıb.

Parkda müasir üslubda inşa edilən “Zəfər tağı” əzəmətilə göz oxşayır. Simvolik olaraq tağın hündürlüyü 44 metr, sütunlarının da sayı 44-dür.

Eləcə də parkda Vətən müharibəsində ordumuzun qəhrəmanlığını əks etdirən “Zəfər muzeyi” də fəaliyyət göstərir.

Şərh bildir