12 Noyabr – Konstitusiya Günüdür

12 Noyabr – Azərbaycan Respublikasının əsas qanununun —  Konstitusiyamızın qəbul edildiyi gündür.

İndiki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu, Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonra qəbul edilən ilk Konstitusiyasıdır.

1994-cü ildə ümummilli lider, prezident Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olunub.

Azərbaycanın indiki Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.

Qeyd edək ki, 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilib.

Şərh bildir