AgroWest

“Mont Blanc” şokoladı

Şirniyyat dünyasının vazkeçilməz brendi olan “Roshen”in “Mont Blanc” şokoladı qovrulmuş küncüt, əzilmiş fındıq və zərif krem ilə diqqətinizi çəkəcək. “Mont Blanc”ın tərkibində gündəlik kalsium norması, eləcə də sink, fosfor, dəmir, maqnezium, B və E vitaminləri, həmçinin çoxlu miqdarda antioksidanlar var. Şokolad qabığının olmaması pralinlərin ayrıca dadını duymağa imkan verir. “Mont Blanc” – şokolad zirvələrini fəth […]
Daha ətraflı

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

Martın 8-də “Aqro-Vest DC” MMC-də Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq bu günün bütün dünyada qeyd edildiyini bildirib. Onun sözlərinə görə, bu günün əsası 1857-ci ilə gedib çıxır. Həmin il martın 8-də ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın pis iş şəraitində aşağı maaşla […]
Daha ətraflı

“Slavyanskoe” yarıbərk pendiri – Kantri

Bu gün sizi şirkətimizə məxsus 100 % təbii “Slavyanskiy” pendirinin yarıbərk Kantri növü ilə tanış edirik. Adıçəkilən brendin başqa pendirləri kimi texnoloqlarımız bu məhsulu da sizin ağız dadınıza uyğun hazırlayıblar. Onu istənilən supermarketdən əldə edə bilərsiniz. Bildirək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 ildən çoxdur Azərbaycan bazarında tanınır. Bu brend ilə kərə yağı, tetrapak süd, […]
Daha ətraflı

“Pelmeni” – soyuq qışın isti yeməyi

Soyuq havaların əsl qidası xəmir yeməkləridir. “Pelmeni” rus mətbəxinə aid yemək kimi tanınsa da, kökünü türk xalqlarının milli yeməyi olan düşbərədən götürüb. Rusiyanın “Starodvore” qida şirkətinin istehsalı olan “Pelmeni” xəmirli ət küftələri hazır, dondurulmuş yeməkdir. 700 qramlıq plastik qablaşdırmada olan bu məhsulun hər bir küftəsi nazik və elastik xəmirlə örtülüb. Bu hazır yeməyi sadəcə 6-7 […]
Daha ətraflı

Od çərşənbəniz mübarək

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir. Keçmişdən üzü bəri od türkün düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb və günümüzə kimi gəlib çıxıb. Bu çərşənbənin mahiyyətində odun müqəddəs sayılmasına, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu […]
Daha ətraflı

“Korolevskiy şarm”

Ukraynanın AVK qənnadı fabrikinin məhsullarından olan “Korolevskiy şarm” qızılgül və şokolad kremli konfetlər istehlakçılara 2,2 kq çəkidə təqdim olunur. Bu konfetlər xırtıldayan vafli üzərinə çəkilmiş şokolad kremindən ibarətdir. Məhsulun tərkibinə gəldikdə isə şəkər, kakao yağı, yağsız süd tozu, bitki yağları, kakao tozu, buğda unu, kartof nişastası, duz, qabartma tozu, soda, vanilin və s. daxildir. Qeyd […]
Daha ətraflı

Xocalı faciəsinin 33-cü ildönmü ilə əlaqədar tədbir keçirilib

Fevralın 26-da “Aqro-Vest DC” MMC-də Xocalı faciəsinin 33-cü ildönmü ilə əlaqədar tədbir keçirilib. Toplantının başlanğıcında iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözüylə açan şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev bildirib ki, Xocalı faciəsi XX yüzildə azərbaycanlıların başına gətirilən ən dəhşətli insanlıq soyqırımıdır. O qeyd edib ki, ermənilər Xocalı soyqırımını törətməklə […]
Daha ətraflı

Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün xalqımız Novruzun ilk – su çərşənbəsini  qeyd edir. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi qaynaqlarda ona “əzəl çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi ilə təbiətin  canlanması özünü göstərir. Qədim inanclara əsasən, bu […]
Daha ətraflı

“Trueffle” – klassik şokolad

AVK qənnadı fabrikinin istehsalı olan “Trueffle” şokoladları çoxlarının uşaqlıqdan tanıdığı sevimli şirniyyatıdır. Onlar cəlbedici ləzzətlərin qarışığı olmaqla yanaşı, yuvarlaq formadadır: tünd, südlü və biskvit şokolad. Hər bir şokolad estetik effekti gücləndirən rəngli, fərdi qablaşdırmaya malikdir. “Trueffle” şirniyyatlarının klassik çeşidi olan qutu sevdikləriniz üçün əla hədiyyə olmaqla yanaşı, çay və ya qəhvə içməkdə ideal qənnadı məhsuludur.
Daha ətraflı

Yunanıstan yağları

Yunanstanın “Eleourgia of Crete SA” qida şirkətinin tarixi 1950-ci ildən başlanır. O, ölkə bazarında zeytun yağı ticarəti ilə yanaşı, kütləvi şəkildə bu yağın ixracını da həyata keçirir.  1980-ci ildən isə yerli və xarici bazarda “Asteri”, “Anadolu” marka adları ilə standartlaşdırılmış “Extra virgin” zeytun və klassik zeytun yağlarının istehsalına başlayır. 1995-ci ildə şirkət öz proseslərini və məhsullarını ISO 9001 və ISO […]
Daha ətraflı