AgroWest

Bu gün Dövlət Bayrağı Günüdür

Bu gün ölkəmizdə Dövlət Bayrağı Günü qeyd edilir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın […]
Daha ətraflı

Zəfər Günü tədbiri keçirildi

Noyabrın 7-də “Aqro-Vest DC” MMC-nin iclas zalında Zəfər Günü tədbiri keçirildi. Öncə əməkdaşlar Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Toplantını giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq İkinci Qarabağ savaşının – Vətən müharibəsinin xalqımızın şərəf tarixi olduğunu diqqətə çatdırdı. O bildirdi ki, Vətən müharibəsində Azərbaycan ordusu bir […]
Daha ətraflı

“Klassik”, “Nanəli”, “Zəncəfilli” şirin çörəklər

Yeni məhsul çeşidlərimizi sizə təqdim edirik. Rusiyanın “Xlebnıy dom” qənnadı fabrikinin istehsalı olan pryanik – şirin çörəklər sizə yalnız doyumluq duyğusu verməyəcək, həm də hislərinizi yeniləyəcək. Artıq 300 qramlıq yumşaq, zərif, ədviyyat dadlı bu pryaniklərin “Klassik”, “Nanəli”, “Zəncəfilli” çeşidlərini bütün supermarketlərdən əldə edə bilərsiniz.
Daha ətraflı

“Buter cookies” – yağlı və kakolu peçenyelər

“Roshen”dən klassik və kakolu buter cookies – yağlı peçenyelər yeni  gələn məhsullardır. Bu bənzərsiz, xırtıldayan teksturaya və zəngin qaymaqlı dada malik zərif yağlı peçenyelər fransız üslubunda hazırlanıb. O, sözün əsl mənasında ağızda əriyir və xoş dad bəxş edir. Məhsulun hər iki çeşidini bütün iri supermarketlərdən əldə edə bilərsiniz.    
Daha ətraflı

İçərişəhərdə Zeytun Festivalı açılıb

Bu gün İçərişəhərdə ölkə tarixində ilk dəfə təşkil olunan Zeytun Festivalı öz işinə başlayıb. Festivalın təntənəli açılış mərasimi sabah – noyabrın 1-də olacaq. Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. “Aqro-Vest DC” MMC bu festivalda “Atlas”, “Sloboda”, “Vero Greco” duru yağ markaları ilə […]
Daha ətraflı

“Sun & Fun”

Ukraynanın “Lukas” qənnadı fabrikinin “Sun & fun” şokoladını yerli istehlakçılarımıza təqdim edirik. Yüngül qovrularaq preslənmiş günəbaxan tumu və şokolad layından ibarət bu qənnadı məhsulu ləzzətilə diqqətinizi özünə cəlb edəcək. Onun zəngin tərkibi və dadı sizdə doyumluqla yanaşı, xoş əhval da yaradacaq.
Daha ətraflı

“Aqro-Vest DC” MMC-də növbəti qanvermə aksiyası keçirilib

Oktyabrın 21-də “Aqro-Vest DC” MMC-də Respublika Qan Bankının əməkdaşlarının iştirakı ilə homofiliya və talassemiyadan əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilib. Saat 10:00-dan 16:00-dək davam edən aksiyada şirkətimizin onlarla əməkdaşı təmənnasız olaraq qan verib. Öncə həkimlər tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb, qan verməyə yararlı olub-olmadığı müəyyən edilib. Yığılan qan Respublika Qan Bankına göndərilib.
Daha ətraflı

“Lemo”

Yerli “Shirin” qənnadı fabrikinə məxsus “Lemo” şokoladı yeni, fərqli dizaynda şirniyyatsevərlərin görüşünə gəlir. Bunlar adıçəkilən şokoladın portağal, laym və limon ətirli çeşidləridir. Həm yeni dizaynı, həm də dadı ilə hər üç çeşidin zövqünüzü oxşayacağına əminik.
Daha ətraflı

“Milaxy”

“Roshen” qənnadı fabrikindən yeni, unikal “Milaxy” vafli konfetini dəyərli müştərilərimiz üçün ölkəmizə gətirdik. Üzəri südlü şokolad şirəsi ilə örtülmüş, içərisi qaymaqla doldurulmuş bu vafli konfetləri artıq bütün iri supermarketlərdən əldə edə bilərsiniz. Süfrəniz “Milaxy” ilə bəzənsin!
Daha ətraflı