AgroWest

“Tryufel”

“Tryufel” şirəli çiyələk və əsl giləmeyvə parçaları ilə zəngin dadlı, zərif konfetdir. Hər bir konfet folqa etiketinə bükülür. Tərkibi şəkər, bitki yağı, süd tozu, bəkməz, qurudulub əzilmiş çiyələk, şokolad və vanilindən ibarətdir. “Tryufel” – hər zaman ürəyiniz istəyəcək konfet.
Daha ətraflı

Yel çərşənbəniz mübarək

Bu gün Azərbaycanda Novruzun üçüncü – Yel çərşənbəsi qeyd edilir. Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən soraq verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi ulularımızın yel Tanrısına inamı ilə bağlıdır. […]
Daha ətraflı

Bu gün su çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün birinci su çərşənbəsi qeyd edilir. Bəzi qaynaqlarda ona “əzəl çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma inancı ilə bağlıdır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən su min bir dərdin dərmanı sayılır.
Daha ətraflı

“Aqro-Vest DC” MMC rəhbərliyinin 8 Mart təbriki

“Aqro-Vest DC” MMC ailəsinin üzvü olan əziz xanımlar! Sizi 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edir, hər birinizə cansağlığı, səadət diləyirik! Qadın təkcə ailənin yox, həm də dünyanın yaraşığı, sevincidir. Onun bir təbəssümü bəs edir ki, ürəyimiz rahatlıq tapsın, sevinclə dolsun. Qadın, ana qayğıkeşdir, hər anımızla nəfəs alır, kədərimizdə kədərlənir, sevincimizdə özünə sığmır. Tarixən Azərbaycan […]
Daha ətraflı

“Sweety”

“Sweety” şirniyyat həvəskarlarının ən çox sevdiyi konfetdir. Tünd qənnadı kütləsi ilə örtülmüş xurma və qoz içlikli bu məhsul hər kəsin ürəyincə olan şirniyyatdır.
Daha ətraflı

“Slavyanskoe” reklamının yeni bölümü yerli telekanallarda yayımlanmağa başlayıb

Bir neçə gündür ki, “Aqro-Vest DC” MMC-yə məxsus süd məhsulları üzrə özəl “Slavyanskoe” brendinin reklamının yeni bölümünün yerli telekanallarda nümayişinə başlanıb. Hadisələr “Slavyanskoe” kəndində baş verir. Sözügedən video reklam ARB və ATV kanallarında gündə bir neçə dəfə yayımlanır. Reklam video çarxında brendimizin ənənəvi simaları Cabir İmaov, Bəhram Bağırzadə və Yana Nikitina çəkiliblər. Qeyd edək ki, […]
Daha ətraflı

Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur

Azərbaycanda Od çərşənbəsi qeyd edilir. Bu, odun isidici və təmizləyici, bütün pislikləri yandırıb yox etmə gücünə inamla bağlıdır. Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 27-də qeyd edilib. Yel çərşənbəsi 12 mart, torpaq çərşənbəsi 19 martda keçiriləcək. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Daha ətraflı

Uşaqların sevimlisi «Веселые мишки»

500 qramlıq qablaşdırmada olan «Веселые мишки» (“Şən ayılar”) marmeladı uşaqların sevimli şirniyyatlarındandır. “Azov” qənnadı fabrikinin istehsalı olan bu marmelad müxtəlif meyvələrin dadındadır. Yəni hər rəngdəki marmeladın öz dadı var. Onlar çox dadlı, orta dərəcədə şirindir, xoş turşluğu ilə diqqət çəkir. Eləcə də, bu marmelad evdə hazırlanmış tortlar və xəmirlər üçün bəzək kimi istifadə edilə bilər.
Daha ətraflı

“Baristi” kapuçino konfeti

Üç kiloqramlıq qablaşdırmada olan “Baristi” kapuçino konfeti AVK brendinə məxsus vazkeçilməz şirniyyatlardandır. Tərkibi bitki yağı, buğda unu, bəkməz, şəkər, kakao yağı, yağsız süd tozu, kakao, vanilin, qaymaq, kartof nişastası, duz, təbii kapuçino ləzzətləndiricisi, qabartma tozu, sodadan ibarətdir. “Baristi” hər zaman çay içmək üçün ideal bir konfetdir!
Daha ətraflı

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib

Fevralın 26-da “Aqro-Vest DC” MMC-də Xocalı faciəsinin 32-ci ildönmü ilə əlaqədar tədbir keçirilib. Tədbirin başlanğıcında iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Toplantını giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq Xocalı soyqırımının XX yüzildə baş verən ən böyük faciələrdən biri olduğunu bildirib. Qeyd edilib ki, bu soyqırım ermənilərin örnəyində insan yırtıcılığının, […]
Daha ətraflı