AgroWest

“Aqro-Vest DC” MMC-nin əməkdaşları 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət ediblər

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alıb. SSRİ müdafiə naziri marşal D.Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik […]
Daha ətraflı

“Çebupizza”

“Çebupizza” italyan mətbəxini sevənlər üçün əsl tapıntıdır. Bu möhtəşəm italyan yeməyinin dadına baxmaq istəyirsinizsə, artıq onu hazır şəkildə istənilən supermarketdən əldə edə bilərsiniz. Ərinmiş təzə pendir və ənənəvi italyan ədviyyatlarıyla zərif toyuq əti, eləcə də xırtıldayan qabığı insanda dərhal iştah yaradır. 250 qramlıq “Çebupizza”  italyan mətbəxinin biliciləri və ləzzət həvəskarları üçün dondurulmuş hazır yeməkdir.
Daha ətraflı

“Kilkə”

Pomidor sousunda qızardılmış “Kilkə” qışın hazır yeməklərindəndir. Rusiyanın “Dobroflot” ASC-nin istehsalı olan “Kilkə” konservini indi ölkə üzrə istənilən supermarketdən asanlıqla əldə edə bilərsiniz. Qeyd edək ki, kilkələr  siyənəkkimilər fəsiləsinə aid dəniz balığı cinsidir. Bu cinslər 14,5 sm uzunluğa və 26 qram çəkiyə sahib olurlar.
Daha ətraflı

“Merlin”

“Merlin” “Şirin” MMC-yə məxsus Azərbaycan məhsuludur. Qənnadı kütlə ilə örtülmüş südlü pomadalı bu konfet sizin şirniyyat zövqünüzü daha da artıracaq. Qeyd edək ki, “Şirin” MMC qənnadı fabriki 2015-ci ildə Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilmiş “İstehlakçıların qida təhlükəsizliyi platin nişanı”na layiq görülüb.
Daha ətraflı

“Seld” konservi

Balıq konservinin hazırlanmasının tarixi 300 ildən öncəyə gedib çıxır. O zaman tacirlər hisə verilmiş balığı daha yaxşı qorumaq üçün üzərinə yağ əlavə edirdilər. Sonradan fabrikdə hazırlanmış konservlər bazara çıxarıldı. Hazırda bu konservləri istehsal etmək üçün müxtəlif balıq növlərindən istifadə olunur. Sizə təqdim etdiyimiz “Seld” konservi siyənək balığından hazırlanıb. Bundan başqa konservin tərkibi zərif soya yağı, […]
Daha ətraflı

2024-cü – Yeni iliniz mübarək!

“Aqro-Vest DC” MMC Azərbaycan xalqını və öz əməkdaşlarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2024-cü ilin gəlişi münasibətilə təbrik edir! Yola saldığımız 2023-cü il xalqımızın həyatında mühüm hadisələrlə yadda qaldı, ölkəmiz bir sıra beynəlxalq və yerli uğurlara imza atdı. Azərbaycan ərazi bütövlüyünün qorunması yolunda öz prinsipial mövqeyindən əl çəkmədi, düşmənin bütün xain […]
Daha ətraflı

“Çebupeli”

Üzü xəmirli “Çebupeli” içərisində pendir və vetçina olan kiçik pastalara bənzəyir. Əlüstü qəlyanaltı üçün çox uyğundur. Mikrodalğalı sobada üç dəqiqədə bişən 300 qramlıq bu bağlama iki nəfər üçün doyumlu bir yeməkdir. Hər çebupeli içliklə doldurulur, qızdırılanda pendir yaxşı əriyir və vetçina parçaları ilə o zərif pendir dadını hiss edə bilərsiniz. Xırçıldaması üçün çoxu onu tavada […]
Daha ətraflı

“İvasi” konservi

210 qramlıq dəmir qablaşdırmada olan “İvasi” konservi siyənək ailəsinə aid kiçik, yağlı ivasi dəniz balığından hazırlanıb. Bu məhsul omeqa-3 yağ turşularının tərkibinə görə ən yüksək göstəriciyə sahibdir, ən qiymətli vitamin və minerallarla zəngindir. Artıq onu ölkəmizin bütün supermarketlərindən əldə edə bilərsiniz.
Daha ətraflı

“Aqro-Vest DC” MMC şəhid ailələrinə ərzaq yardımı edib

2024-cü – Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Aqro-Vest DC” MMC Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan 100 şəhid ailəsinə gündəlik qida məhsullarından ibarət bağlamalar verib. Bir aydır bu insani yardıma hazırlaşan əməkdaşlarımız ləyaqətlə qarşıya qoyulan işin öhdəsindən gəliblər. Şirkətimizin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin yaşadıqları ünvanlara gedib, böyük minnətdarlıq duyğusu ilə […]
Daha ətraflı

Pomidor sousunda “Skumbriya” konservi

Yerli müştərilərmiz Atlantik okeanının sularında yaşayan skumbriya balığını çox sevirlər. Biz isə onlara bu balığı konserv şəklində təqdim edirik. Pomidor sousundakı 240 qramlıq “Skumbriya” konservi dəniz məhsulları sevənlər üçün əla yeməkdir. Konservdəki skumbriya zərif, şirəli ət parçalarına malikdir, sous isə ona əlavə zənginlik və dad verir. Bu məhsul eləcə də müxtəlif yeməklər hazırlamaq üçün istifadə […]
Daha ətraflı