Komandamız rəqibini 1:0 hesabı ilə məğlub etdi
Paytaxtımızda futbol üzrə iki qrupda mübarizə aparan 22 komandadan ibarət “Fire League Business Cup”un oyunları davam edib. Dünən yarışların VIII turu Yasamal rayonundakı “Sportster” idman kompleksində baş tutub. Şirkətimizi təmsil edən “Aqro-Vest” komandası gərgin keçən qarşılaşmada rəqibi “Zeytunpham”ı 1:0 hesabı ilə məğlub edib. Komandamız “Fire League Business Cup”un oyunlarının bitməsinə 3 həftə qalmış qrupdan çıxmağı […]












