“Aqro-Vest” Şirkətlər Qrupunun kollektivi Zəfər Günü ilə bağlı II Qarabağ savaşı şəhidlərinin məzarlarını ziyarət edib
Artıq üçüncü ildir ki, noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. Bu gün xalqımızın və ölkəmizin tarixində ən şanlı günlərdən biri olaraq yer tutmaqdadır. Zəfər Gününə gedən yol isə xalqımızın qəsbkar erməni ordusuna qarşı apardığı 44 günlük qanlı-qadalı döyüşdən, müqəddəs savaşdan keçir. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusu bütün cəbhə boyu mövqelərimizə […]












