Alma pastili

18.07.2023

Alma pastili


Pastil istənilən meyvə lətinin qaynadılaraq bərkiməsilə hazırlanan, yüngül çeynəməklə və ya sovurmaqla yeyilən konfet növüdür.  

Yeni tərəfdaşımız olan Rusiyanın "Fructoni" şirkətinin “Pastiluşka” brendi altında istehsal etdiyi 40 qramlıq “Alma pastili” tam təbii, şəkərsiz bir məhsuldur. Nəfis qablaşdırmada olan məhsul eyni ölçüdə xırda doğranmış hissələrdən ibarətdir. O, yüngül şirinliyə və turşuluğa malikdir.

Pastil eynilə bölgələrimizdə müxtəlif meyvələrdən düzəldilən lavaşanadır. Buna meyvə lavaşı da deyilir.   

“Fruktoni” MMC təbii pastilin istehsalı sahəsində 10 illik təcrübəyə malikdir. 2013-cü ildə şirkət pastil istehsalına başlayanda məhsullarının tezliklə bu qədər seviləcəyini təsəvvür edə bilməzdi.

Bu il “Aqro-Vest DC” MMC Rusiyanın adıçəkilən şirkətilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Şirkətimiz “Fruktoni” MMC-nin hələlik 6 adda məhsulunu ölkəmizə idxal edərək yerli istehlakçılara çatdırır.

Bu gün məhsullar şirkətimizin Ticari marketinq şöbəsinin əməkdaşları tərəfindən satış komandamızın üzvlərinə tanıdılıb.  

Xəbərlər

1 / 338
AZ EN RU