“Aqro-Vest” Futbol Turniri – 2023

28.08.2023

“Aqro-Vest” Futbol Turniri – 2023

Hörmətli həmkarlar!

01.10.2023-cü il tarixində “Aqro-Vest DC” MMC futbol çempionatı təşkil edir. Çempionatda hər bir əməkdaşımızı görmək istərdik. Qatılmaq istəyən əməkdaşlar aşağıdakı qeydiyyat qaydalarına uyğun olaraq müraciət edə bilərlər:

1. Tərkibində minimum 8, maksimum 10 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan ən azı 1 nəfər qapıçı olmalıdır.

2. Qeydiyyat vərəqələri 15.09.2023-cü il tarixinə qədər İnsan Resursları departamentinə verilməlidir.

3. Rəsmi işə 01.09.2023-cü il tarixindən sonra qəbul olan şəxslərin qeydiyyatı nəzərə alınmayacaq.

4. Son beş ildə AFFA bayrağı altında təşkil olunan yarışlarda iştirak etmiş oyunçuların qeydiyyatı mümkün deyil.

5. Müxtəlif şöbələrin əməkdaşlarının bir komandada oynamasına İnsan Resursları Departamentinin rəyi əsasında icazə veriləcək. (Ofis işçilərinə şamil edilir).

6. Qeydiyyatı nəzərə alınmayan oyunçuların yerinə başqa oyunçunun verilməsi qeydiyyat tarixinin son gününə qədər dəyişdirilə bilər, yoxsa sonuncu verilən siyahı nəzərə alınacaq.

7. Komanda öz kapitanını da qeyd etməlidir.

8. Eləcə də komanda bir məşqçi müəyyən edə bilər.

9. Meydanda eyni anda maksimum 5 oyunçu və 1 qapıçı olacaq. 

10. Sənədlər son tarixdən gec təqdim olunarsa, komanda turnirə buraxılmayacaq.

11. Qeydiyyat vərəqəsində adı yer almayan şəxslər oyunlar keçirilən zaman meydançaya və texniki zonaya buraxılmayacaqlar.

 İnsan Resursları Departamenti

Xəbərlər

1 / 338
AZ EN RU