15.11.2022
İstehlakçıları dünyanın məşhur brendlərinin məhsulları ilə təmin edən “Aqro-Vest DC” şirkəti Ukraynanın tanınmış “ROSHEN” brendinin bir neçə çeşidini endirimli qiymətlərlə yerli alıcılara təqdim edir.
“Bubble” şokoladının ağ, qəhvəyi və qara çeşidi bir müddət öncəyə qədər yerli bazarda 1 manat 80 qəpiyə satılırdı. Artıq adıçəkilən məhsulu endirimli qiymətə - 1 manata ala biləcəksiniz.
Hər üç şokolad çeşidinin üzərində yeni qiymət istehsalçı şirkət tərəfindən yazılıb. Bu aksiya noyabrın 1-dən ölkə ərazisində məhsulun satış nöqtələrində olduğu müddətdə qüvvədədir.
Ümumilikdə “Aqro-Vest DC” şirkəti Azərbaycan bazarına məşhur “ROSHEN” brendinin 130 çeşiddə məhsulunu təqdim edir.
Bildirək ki, “ROSHEN” Ukraynanın qənnadı müəssisələri arasında liderlərdən biridir. Fabrikdə 1500-dən çox işçi çalışır. Ümumi həcmi ildə 100 min tondan çox olan müasir yüksək məhsuldar avadanlıqlarda 200-ə yaxın növdə qənnadı məmulatı istehsal olunur.
Xəbərlər