“Crazy Party” marmeladı

12.10.2023

“Crazy Party” marmeladı

Rusiyanın “Azov” Qənnadı Fabrikinin istehsalı olan Crazy Party saqqız marmeladı sizə əsl kola dadını xatırladacaq.

Bağlamanın içindəki 11 ədəd kiçicik butulka saqqız marmeladın üzərində “Cola” sözü yazılıb.

Dişlərə yapışmadığı üçün çeynəmək çox asandır.

Məhsulun tərkibinə gəlincə, o, şərbət, şəkər, jelatin, turşuluq tənzimləyicisi, konsentratlı alma suyu, kompleks qida əlavəsi, bitki yağı, kola dadlandırıcısı və başqalarından ibarətdir.

Qeyd edək ki, “Azovskaya” şirkəti Azərbaycan bazarında çoxlu şirniyyat məhsulu ilə təmsil olunur. Bura meyvə tərkibli karamellər, jele və süd içli konfet-şokoladlar, eləcə də günəbaxan, küncüt tərkibli kozinaklar,  günəbaxan, yerfındığı tərkibli halvalar və bu kimi başqa şirniyyatlar daxildir. 

Xəbərlər

1 / 338
AZ EN RU