“Duşes” karameli

13.10.2023

“Duşes” karameli

“Duşes” armud sortlarından birinin adıdır. Di gəl ki, bu söz həm də eyniadlı içkinin və indi sizə təqdim edəcəyimiz karamelin adıdır.

Tanınmış “Azov” qənnadı fabrikinin “Duşes” adıyla istehsal etdiyi karamel sizə həmin armudun dadını xatırladacaq.

Onun tərkibi şəkər, bəkməz, içməli su, limon turşusu və bir də duşes armudunun ləzzətindən ibarətdir.

“Duşes” ləzzətini bu karameldən bir də çay içərkən hiss edin.

Xəbərlər

1 / 338
AZ EN RU