Futbol turnirimizin yarımfinal oyunları keçirilib

03.07.2023

Futbol turnirimizin yarımfinal oyunları keçirilib


İyulun 2-də “Aqro-Vest DC” şirkətinin əməkdaşları arasında təşkil etdiyi futbol üzrə “Heydər Əliyev Kuboku”nun yarımfinal görüşləri keçirilib.

Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutan turnirdə öncə “Aplus” ilə “Caffino” komandaları qarşılaşıblar.

Həmişə olduğu kimi, “Aplus” yenə də fərqlənməyi bacarıb və rəqibini 9-2 hesabıyla məğlub edib.

“Slavyanskoe” ilə “Lukas” komandalarının qarşılaşmasında isə görüş ikincinin qələbəsilə sonuclanıb: 0-4.

Beləliklə, “Heydər Əliyev Kuboku”nun finalçıları məlum olub. Finalda “Aplus” ilə “Lukas” birincilik uğrunda yarışacaqlar.

Turnirimizin bombardirlərinə gəldikdə isə, qeyd etməliyik ki, “Aplus”un təmsilçisi Musa Süleymanov 25, “Slavyanskoe”nin təmsilçisi Azər Səfərli isə rəqib qapısına 23 qol vurmalarıyla öndədirlər.

Xəbərlər

1 / 338
AZ EN RU